Icma.az
close
up
RU
AFFA Neftçi və Turan Tovuzu cərimələdi

AFFA Neftçi və Turan Tovuzu cərimələdi

Apasport saytına istinadən Icma.az xəbər verir.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

8 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIII turun “Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

9 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIII turun “Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

6 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Qaradağ Lökbatan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilir (maddə 37);

7 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Qəbələ” – MOİK oyununun 87-ci dəqiqəsində MOİK komandasının 6 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, MOİK komandası 150 manat cərimə edilir (maddə 39.1);

8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);

8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanır, “Mingəçevir” komandası 400 manat cərimə edilir (maddə 43.4);

8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilir (maddə 37);

9 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununun 82-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 90 nömrəli futbolçusu Tariq Hajjaj ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);

10 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Səbail-2” – “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);

10 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37).

8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N1 futbolçu Oqtay Mehrəliyev qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)

8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılsın, müstəsna hal olaraq 500 manat cərimə edilsin (maddə 43.4, 1)

8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının azarkeşləri hakimləri təhqir və təhdid etdiyinə, bu hal oyunboyu davam etdiyinə görə “Qarabağ” FK U-15 komandasının növbəti oyunu “Qarabağ” FK azarkeşləri olmadan keçirilsin (maddə 1);

10 noyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Masallı PFK –Əhmədoğlu FK oyununda  Masallı PFK komandasının heyətində N2 futbolçu Rafiq Abdullayev qarşılaşmanın 50-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

9 noyabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Ələt FK –Ərgünəş FK(Sumqayıt) oyunu  Ərgünəş FK(Sumqayıt) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Ərgünəş FK(Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

10 noyabr 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən Masallı PFK–Ümid(Cəlilabad) oyununda  Ümid(Cəlilabad) komandasının köməkçi məşqçisi Elçin Əsgərov qarşılaşmanın 45-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)

“Sumqayıt”dan bayram hədiyyəsi “Green Future Golf Cup” turnirinə yekun vurulub İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə Premyer Liqa klubu millimizin üzvünü istəyir
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://apasport.az
archiveBu xəbər 19 Noyabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri