AFFA nın inkişaf strategiyası ilə əlaqədar görüşlər keçirildi
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AFFA-nın inkişaf strategiyası ilə əlaqədar bir sıra görüşlər keçirilib.
Futbolpress.az xəbər verir ki, eni strategiya ilə bağlı AFFA-nın Departamentləri, AFFA-nın birbaşa üzvləri Peşəkar Futbol Liqası, Regional Futbol Federasiyası, İctimai Futbol Təşkilatları və Sahə Futbol Federasiyası, həmin qurumların üzvləri olan Premyer Liqa, I və II Liqada çıxış edən klublar, Futbolun İnkişafı Fondu, Sponsorlar və partnyorlar, həmçinin futbol ictimaiyyətindən təkliflərin göndərilməsi xahiş olunmuşdu.
Alınan təkliflərin müzakirəsi məqsədilə cari həftə ərzində AFFA-nın Departament rəhbərləri, Peşəkar Futbol Liqası və Regional Futbol Federasiyasının nümayəndələri ilə görüşlər təşkil olunub.
Bu gün isə mətbuat nümayəndələri ilə görüş keçirilib, strategiya ilə bağlı onların təklif və fikirləri dinlənilib və müvafiq qeydlər aparılıb.
Yazılı və şifahi formada alınmış bütün təklif və rəylər qeydə alınaraq, AFFA və onun partnyor şirkətləri olan Double Pass və McKinsey & Partners tərəfindən yaxın günlərdə təhlil olunacaq və məqsəduyğun olan təkliflər strategiyanın ilkin versiyasına daxil ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 İyun 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















