Icma.az
close
up
RU
AFFA nın Qəbələ akademiyası haqda planı... Rövşən Nəcəf Atanur Cəfərliyə nə deyib?

AFFA nın Qəbələ akademiyası haqda planı... Rövşən Nəcəf Atanur Cəfərliyə nə deyib?

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Azarkeşlər Birliyi”nin və “İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyinin rəhbəri Atanur Cəfərli “feysbuk” hesabında maraqlı paylaşım edib.

Ünlü futbolsevər AFFA və SOCAR-ın prezidenti Rövşən Nəcəflə birgə çəkdirdiyi şəkli ictimaiyyətlə bölüşərək “AFFA və SOCAR-ın prezidenti Rövşən Nəcəflə rastlaşdım. Özümü təqdim etdikdən sonra qısa söhbətimiz baş tutdu. Azarkeşlərin “Qəbələ” akademiyasının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı narahatlığını dilə gətirdim. O isə məsələdən məlumatlı olduğunu, bununla bağlı AFFA-nın atacağı addımları bölüşdü. Cavabdan məmnun qaldım” ifadələrini qeyd edib.
Bilindiyi kimi, son günlərdə gündəmi məhz Atanur bəyin bəhs etdiyi məsələ zəbt edib. Hazırda nəinki qəbələlilər, bütün futbol ictimaiyyəti sözügedən akademiyanın gələcək taleyinə görə narahatdı. Amma görünür, futbolsevərlərin nigaranlığı yersizdi. Deyəsən, AFFA-nın bu mövzuyla bağlı nəsə planı var.
Odu ki, Atanur bəylə əlaqə saxlayıb görüşün məğzi haqda ətraflı məlumat almaqla yanaşı, məlum məsələ ilə bağlı ağzını aradıq:

“Rövşən bəylə təsadüfən qarşılaşdım. Paytaxtın Nizami küçəsində gəzişərkən qarşıma çıxdı. Məni tanıyandan sonra söhbətə başladıq. Həqiqətən “Qəbələ” Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması haqda xəbəri üzüntüylə qarşılamışdım. Bu səbəbdən, narahatlığımı Rövşən bəylə bölüşdüm. Dediyim kimi, cavabı məni qane etdi. Ancaq bunu açıqlamaq etik olmaz. Hər halda, şəxsi söhbətdi. Yəqin ki, AFFA detalları rəsmən açıqlayacaq. Təəssüratlarıma gəlincə, mənim üçün çox xoş oldu. Federasiyanın əvvəlki prezidentiylə (Rövnəq Abdullayevi nəzərdə tutur – red.) stadionda belə üz-üzə gəlmirdik ki, sözümüzü deyək. Lakin Rövşən bəy şəhərin mərkəzində görüşdük. Həm söhbəti, həm də yanaşma tərzi çox xoş təsir bağışladı. Dediklərini etsələr, akademiyanın parlaq gələcəyi üçün ciddi addım atmış olacaqlar. Onsuz da son vaxtlar AFFA-nın fəaliyyətini bəyənirəm. Millinin nəticələri uğursuz olsa da, legioner limitinin ləğvi, premyer-liqada komanda sayının artırılması, bölgə təmsilçilərinin elita klubları sırasına yüksəlməsi düzgün addımlardı. Əlbəttə, AFFA yaxın 2-3 il ərzində qlobal dəyişiklik edə bilməz. Məncə, onlara vaxt verməliyik. Hadisələrin axarı ona göstərir ki, qurum nəsə yaxşı şeylər etməyə çalışır. Gözləmək lazımdı”.

Bilindiyi kimi, millimizin “Göyqurdlar” azarkeş qrupu AFFA-nın fəaliyyətindən və millinin nəticələrindən narazı qaldığı üçün komandanı boykot edib. İş ondadı ki, Atanur bəyin dedikləriylə “Göyqurdlar”ın addımı ziddiyət təşkil edir. Ondan bu məqama da aydınlıq gətirməsini xahiş etdik:

“Bu gün nəinki “Göyqurdlar”, hər kəs yığmanın nəticələrindən narazıdı. Haqlı iradlar bildirilir. Nəticələr heç kimi qane etmir. Düzü, “Göyqurdlar”ın hansı məqamı nəzərə alaraq, belə qərar verdiyini bilmirəm. Amma yığmamızın mövcud durumuna baxsaq, vəziyyət bəllidi. Belə qərarlara hörmətlə yanaşıram”.

KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyul 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri