Icma.az
close
up
RU
AFFA nın yanlış siyasəti və milyonların taleyi: Azərbaycanı nə gözləyir?

AFFA nın yanlış siyasəti və milyonların taleyi: Azərbaycanı nə gözləyir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

AFFA-nın İslandiya qarşısında 0:5 hesablı məğlubiyyətdən sonra futbol üzrə milli komandanın portuqaliyalı baş məşqçisi Fernandu Santuşla yollarını ayırması ciddi rezonans doğurdu. Hadisənin ardınca Ukrayna ilə keçirilən oyun da böyük maraqla izlənildi. Ayxan Abbasovun müvəqqəti baş məşqçi kimi debüt etdiyi həmin qarşılaşmanın 1:1 hesabı ilə yekunlaşması azarkeşlər tərəfindən müsbət qarşılandı və “yerli mütəxəssis” çağırışlarını gücləndirdi.

Bəs doğrudanmı milli komandanın əsas problemi Santuş idi? Ukrayna ilə heç-heçə, İslandiyaya qarşı biabırçı məğlubiyyətdən sonra sadəcə müvəqqəti bir adaptasiyadırmı? Yığmanın uğurlu nəticələr qazanması üçün hansı əsaslı islahatlara ehtiyac var? Nəhayət, Ayxan Abbasov daimi baş məşqçi ola bilərmi?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlının fikrincə, Ukrayna ilə oyun bir daha sübut etdi ki, Azərbaycan ictimaiyyətinin illərdir haqlı olaraq səsləndirdiyi bir təklif, yəni milli komandaya yerli baş məşqçi gətirilməsi AFFA tərəfindən ardıcıl şəkildə qulaqardına vurulub.

Jurnalistin sözlərinə görə, Azərbaycan cəmiyyəti, o cümlədən idman mediası uzun müddətdir bildirir ki, milliyə bahalı əcnəbi baş məşqçi gətirməyin heç bir məntiqi yoxdur:

“Çünki futbolçularımızın potensialı hələ ki, böyük turnirlərin final mərhələsinə vəsiqə qazanmağa kifayət etmir. Bunun əsas səbəbi isə Azərbaycanda Avropa səviyyəli futbolçuların yetişdirilməməsidir. Burada futbolçuları günahlandırmaq düzgün olmaz. Onlar bacardıqları qədər oynayırlar. Problem ondadır ki, onlara futbolu düzgün öyrətməyiblər. Halbuki ölkəmizdə kifayət qədər istedadlı gənclər var. Amma istedad yalnız 25 faizdir, qalan 75 faiz isə futbol təhsili və elmi hazırlıqdan asılıdır. Təəssüf ki, Azərbaycanda bu təhsil verilmədiyi üçün istedadlar inkişaf edə bilmir. Uşaq futbolundakı durum acınacaqlıdır: nə infrastruktur var, nə də kadr potensialı. Belə şəraitdə istedadların təkmilləşməsi mümkün deyil. Dəfələrlə demişik: əcnəbi baş məşqçi gətirməklə azərbaycanlı futbolçular Avropa səviyyəsinə çatmayacaq. Bu, yalnız futbol elmi və sistemli hazırlıqla mümkündür”.

Müsahibimiz Santuşla bağlı müzakirə yaradacaq fikir bildirib:

“Hələ Fernando Santuş Azərbaycana gələndə demişdim ki, AFFA cadugər gətirib. Onlar düşünürdülər ki, Portuqaliyanı Avropa çempionu edən məşqçi Azərbaycanla da eyni uğuru təkrarlaya bilər. Amma anlamırdılar ki, Santuşun əlinin altında Ronaldo kimi futbolun elmini bilən, dünya səviyyəli oyunçu var idi. Bizdə isə bu səviyyədə futbolçular yoxdur, çünki əsaslar düzgün qoyulmayıb. Futbolda uğur təsadüfi olmur. İki qonşunu düşünün: hər ikisi eyni torpaqda taxıl əkir. Biri aqrotexniki qaydalara riayət edir, digəri heç bir qulluq göstərmir. Mövsüm sonunda biri məhsul götürür, o biri isə yox. Futbol da eynidir. Futbolçu bir məhsuldur. Onu yetişdirmək üçün sistem, infrastruktur, kadr, metodika lazımdır”.

Natiq Muxtarlı təəssüf hissi ilə Azərbaycanda sistemli uşaq futbolunun olmadığını qeyd edib:

Natiq Muxtarlı

“Hətta əsas yığmaya çağırılan bəzi futbolçular belə yalnız instinktiv oynayırlar. Futbol təhsili almadan, topsuz hərəkət, mövqe seçimi, standart vəziyyətlərdə davranış kimi elementləri bilmədən meydanda Avropalılarla rəqabət aparmaq mümkün deyil. Ona görə də, Ukrayna ilə oyunda Ayxan Abbasovun rəhbərliyi altında yığmanın nisbətən yaxşı təsir bağışlaması bizi aldatmamalıdır. Bu, sistem dəyişikliyi deyil. Bəli, baş məşqçi yerli olmalıdır. Amma əsas məsələ uşaq futbolunun yenidən qurulmasıdır. Yerli məşqçi AFFA-nın milyonlar verdiyi əcnəbilərdən daha az vəsaitlə daha uğurlu nəticə verə bilər. Bu, artıq sübut olunub. Bəs AFFA illərlə bu yanlış siyasəti niyə davam etdirdi? On milyonlarla vəsait əcnəbilərə niyə verildi? Bu pulların taleyi necə olacaq? Bu xalqın puludur və istər keçmiş, istər indiki AFFA rəhbərliyi bu suallara cavab verməlidir. Əgər ictimai rəy illərdir deyirdisə ki, yerli məşqçi təyin olunsun, uşaq futboluna sərmayə qoyulsun, niyə bu təkliflər qulaqardına vuruldu? Niyə Santuşa milyonlar verildi? O pullar indi kimdən alınacaq?”

Müsahibimiz ölkədə futbol üçün şəraitin olmadığını vurğulayıb:

“Azərbaycan U-19 millisi Polşaya 6:0 hesabı ilə uduzur, U-17 və U-21 komandalarının durumu da fərqli deyil. Deməli, əsas yığmanın gələcəyi də zəifdir. Stadionlar, şərait, keyfiyyətli meydançalar və s. heç nə yoxdur. Keyfiyyətsiz süni örtüklərdə futbolçu yetişdirmək mümkün deyil. Milli komandaya ayrılan illik 10 milyon manat dəhşətli rəqəmdir. O vəsait kəndlərdə, qəsəbələrdə futbol məktəblərinin yaradılmasına sərf olunmalıdır. Hər uşaq futbola çıxış imkanı əldə etməlidir. Minlərlə uşaq futbol məktəblərində təhsil almalı, istedadlıları isə akademiyalarda yetişdirilməlidir. Yalnız bu yolla nəticə mümkündür. Futbolçularımız Avropanın aparıcı çempionatlarında oynamadan güclü milli komanda qurula bilməz. Gürcüstan və Özbəkistan futbolu bu yolla inkişaf edib. Biz də bu istiqamətdə irəliləməliyik”.

Son olaraq Natiq Muxtarlı deyib ki, ictimaiyyət millidən nəticə yox, oyun tələb etməlidir:

“Baş məşqçi yerli olmalı, futbolçular meydanda bacardıqlarını göstərməli, azarkeşlər dəstəkləməlidir. Paralel olaraq uşaq futbolu inkişaf etməlidir! Yeganə yol budur. Bu gün başlasaq, ən yaxşı halda 10 ildən sonra nəticə əldə edə bilərik. AFFA bu addımı atmasa, vəziyyət heç vaxt dəyişməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri