AFFA prezidenti millinin oyununu izlədi
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hövsan Yarış Kompleksini ziyarət edən AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan–Andorra qarşılaşmasını izləməklə yanaşı, kompleksdə yaradılmış şərait və oyunların müxtəlif hava şəraitində keçirilməsi üçün görülən hazırlıq işləri ilə tanış olub.
Futbolpress.az xəbər verir ki, millimizin 1:0 hesablı qələbəsi tribunada oyunu canlı izləyən valideynlər və federasiya nümayəndələri tərəfindən böyük coşqu ilə qarşılanıb. İkinci oyun günü həm meydanda mübarizə aparan yeniyetmə futbolçular, həm də onları tribunadan dəstəkləyən ailə üzvləri üçün beynəlxalq turnir atmosferini yaxından yaşamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 gənc futbolçuların beynəlxalq səviyyədə dəyərli təcrübə qazanması üçün mühüm platformadır. Müxtəlif ölkələrin təmsilçiləri ilə qarşılaşan oyunçular yüksək səviyyəli rəqabət mühitində bacarıqlarını nümayiş etdirir, təcrübə toplayır və futbol karyeralarının ilk mühüm addımlarını atırlar.
Hövsan Yarış Kompleksinin infrastrukturu eyni vaxtda 20 oyunun keçirilməsini təmin edir. Hər meydançada gün ərzində 10-dək qarşılaşma təşkil olunur. Yeni quraşdırılmış peşəkar işıqlandırma sistemləri sayəsində oyunlar axşam saatlarında da fasiləsiz davam edir.
FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 oktyabrın 30-da başa çatacaq. Turnirin son oyunları Bakı Kristal Zalında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Oktyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















