AFFA “Qarabağ“ və “Neftçi“ni cəzalandırdı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi "Neftçi" və ”Qarabağ” klublarını cəzalandırılıb.
Moderator.az xəbər verir ki, səbəb Azərbaycan Premyer Liqasında XX turun oyunlarında baş vermiş olaylardır.
“Araz-Naxçıvan”la oyunda “Neftçi”nin azarkeşləri "Liv Bona Dea" stadionunda 17 ədəd oturacağı qırıblar. İntizam Komitəsi qərar qəbul edib ki, ziyanı klub ödəsin.
“Turan Tovuz”la oyun bitdikdən sonra isə “Qarabağ” klubu AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə görə 2000 manat cərimələnib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XX turunda “Neftçi” səfərdə “Araz-Naxçıvan”a, “Qarabağ” isə evdə “Turan Tovuz”a eyni hesabla uduzub - 1:2.
Baxış sayı:149
Bu xəbər 30 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















