Icma.az
close
up
RU
AFFA “Qəbələ”yə ayırdığı 700 min manatı vermir Bəs, federasiya nə deyir?

AFFA “Qəbələ”yə ayırdığı 700 min manatı vermir Bəs, federasiya nə deyir?

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

“Qəbələ” klubunun ötən mövsümün yekununa əsasən, Misli Premyer Liqasını tərk etməsi bu klubun maliyyə dayaqlarına da təsirini göstərdi. “Qəbələ” 1-ci liqaya düşməklə SOCAR-ın kluba ayırdığı 3 milyon manatdan da məhrum oldu.

Lakin çox keçmədən AFFA tərəfindən bölgə təmsilçisinə xoş xəbər verildi. Daha doğrusu, klubun çətinliyini müvəqqəti aradan qaldıracaq qərar. AFFA İcraiyyə Komitəsinin bu ilin 3 iyununda keçirilən iclasında elan olundu ki, federasiya “Qəbələ” İdman Klubuna dəstək olacaq.

Həmin gün yayılan rəsmi məlumatda bildirilib: “İclasda əvvəlcə AFFA-nın 2024-cü il üçün büdcəsi müzakirə edilib. “Qəbələ” İdman Klubuna akademiya və infrastrukturun saxlanılması məqsədilə bir il müddətinə 700 000 (yeddi yüz min) manat maliyyə vəsaitinin ayrılması qərara alınıb. 

Bu xüsusda “Qəbələ” İK-ya dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının, həmçinin hakimlərin Qəbələdə təlim-məşq toplanışlarının keçirilməsi nəzərdə tutulub”.

Amma həmin qərarın verilməsindən 6 aydan çox keçməsinə baxmayaraq, rəsmi olaraq, vəd edilən pul “Qəbələ” klubuna ödənilməyib. Qəribədir, AFFA milli komandaya Portuqaliyadan mütəxəssislər gətirir, onlarla milyonlarla pul ödəyir, amma nəyə görəsə Azərbaycanda 1 nömrəli infrastuktura malik və ölkədə uşaq futbolunun inkişafı üçün böyük işlər görmüş klubun maliyyəsini ləngidir. Fernandu Santuşun pulu ləngidilsə idi, bu dəqiqə AFFA-dan FİFA-ya şikayət şikayətin dalınca idi. Elə isə azərbaycanlı balalarının - uşaq futbolunun saxlanmasına yönələcək olan, amma aylardır yolunu gözləyən bu 700 min manat hansı müəmmalı səbəblərdən ləngiyir?

QOL.az saytı bu suala AFFA-nın özündən cavab tapmağa çalışıb. Qurum verdiyi cavabla pulun ödənilmədiyini etiraf edib, amma səbəbləri və mailyyənin nə vaxt köçürüləcəyi haqda qəti cavab verməyib. 

Saytımızın sorğusuna verilən yazılı cavabda AFFA-nın mətbuat xidməti bildirib:

“AFFA İcraiyyə Komitəsinin "Qəbələ" İdman Klubuna Akademiya və infrastrukturun saxlanılması məqsədi ilə bir il müddətinə 700 min manat maliyyə vəsaitinin ayrılması barədə qərarı var. “Qəbələ” İdman Klubuna 2024-2025-ci illər mövsümü ərzində həmin məbləğin ödənilməsi nəzərdə tutulub. Bundan başqa, “Qəbələ” İdman klubuna dəstək məqsədi ilə il ərzində müxtəlif yaş qrupları üzrə Azərbycan milli komandalarının Qəbələdə təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib”.

Bəli, göründüyü kimi, cavabda pul nə vaxt köçəcək, niyə ləngiyir kimi, suallara cavab yoxdur. Amma ümid edək ki, gec də olsa, federasiyanın yeni rəhbərliyi özündə kiçik bir mənəvi təpər - azərbaycanlıllq taparaq tezliklə bu kluba və azərbaycanlı uşaqlara vəd etdiyi sözə, verdiyi qərara sahib çıxacaq.  

Necə deyərlər, kişi verdiyi sözün üstə durar!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Dekabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see230

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see194

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see151

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see151

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see141

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see135

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see134

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri