Icma.az
close
up
RU
AFFA rəsmisi: “Araz Naxçıvan” və “Sabah” bu dəfə də azarkeşləri yaxşı nəticə ilə təəccübləndirə bilər

AFFA rəsmisi: “Araz Naxçıvan” və “Sabah” bu dəfə də azarkeşləri yaxşı nəticə ilə təəccübləndirə bilər

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 7 avqust, AZƏRTAC

Hər iki təmsilçimiz mərhələ adladıqca, daha güclü rəqibə qarşı oynayır. Buna baxmayaraq, klublarımızın şanslarını yüksək qiymətləndirirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” kollektivini qəbul edəcək “Araz-Naxçıvan” və Bolqarıstanda “Levski” klubunun qonağı olacaq “Sabah”ın şanslarını dəyərləndirərkən deyib.

Mütəxəssis bildirib ki, hər iki komanda II raundda yaxşı nəticə ilə azarkeşləri təəccübləndirib: “Naxçıvan klubu Yunanıstan “Aris”i ilə matçda da favorit hesab edilmirdi. Lakin əzmkar mübarizə apararaq növbəti mərhələyə vəsiqə qazandı. Bəlkə də çoxumuz Elmar Baxşıyevin komandasından belə nəticə gözləmirdik. Amma bizi yaxşı mənada təəccübləndirdilər. Elə bu gün keçiriləcək hər iki qarşılaşmada da təcrübə və maliyyəni əsas götürsək, rəqiblər favorit sayılır. Amma əvvəlki matçlarda olduğu kimi, bu dəfə də sürprizlə qarşılaşa bilərik. “Qırmızı-ağlar” əks hücumlarda çox yaxşı oynadıqlarını göstərdilər. Lazım olan anda meydanın mərkəzini ələ almağı bacarırlar. Bütün bunların sayəsində Kipr klubunu üstələyə bilərlər. “Sabah” isə cinah hücumlarının sayəsində “Petrokub”a darmadağınla qalib gəldi. Cinahda çıxış edən hücumçuları həddindən artıq güclü və sürətlidirlər. Bu, onlar üçün üstünlükdür”.

A.Kərimov hesabla bağlı proqnoz verməyin çətin olduğunu söyləyib: “Çünki rəqiblərin oyun üslubuna çox da bələd deyilik. Yalnız bugünkü matçları izlədikdən sonra daha dəqiq fikir bildirmək olar”.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” - “Omoniya” görüşü saat 20:00-da, Sofiya şəhərindəki Georgi Asparuxov stadionunda təşkil olunacaq “Levski” – “Sabah” matçı isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see141

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see136

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see128

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see128

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see127

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see126

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri