Icma.az
close
up
RU
AFFA Şamaxı nın futbolçu və rəsmilərini ağır cəzalandırdı

AFFA Şamaxı nın futbolçu və rəsmilərini ağır cəzalandırdı

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA U-15 Liqasında baş tutan “Metak”la matçda futbolçuları və rəsmiləri tərəfindən qaydaların pozulmasına görə “Şamaxı”nı ağır cəzalandırıb.

"Unikal" xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Aprelin 22-də keçirilən görüşdə “Şamaxı”nın adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçisi Vüqar Süleymanov meydana çıxaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaraq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilib. Həmçinin klub müstəsna hal olaraq 500 manat cərimələnib. Bununla yanaşı, məşqçinin hərəkətinə görə komanda növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq.

“Şamaxı”nın U-15 komandasının baş məşqçisi Tərlan İsgəndərov və klub rəsmisi Amil Mənsimov isə 5 oyunluq disvalifikasiya olunublar. Hər iki şəxs 80+2-ci dəqiqədə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırılıb.

Həmçinin görüşün 80+2-ci dəqiqəsində təcavüzkar davranış sərgiləyən “Şamaxı”nın futbolçuları Ömər Qocalı və Hüseyn Hüseynov 4, rəqibi təhqir edən Fərid Ağasarılı isə 3 oyunluq cəzalandırılıb.

“Metak”ın futbolçuları Əli Zamanov və Vasif Həmidov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Əli Şıxnəbiyev isə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb.

AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” - “Qarabağ” oyununun 67-ci dəqiqəsində Gəncə təmsilçisinin futbolçusu Amur Yusifov və “Qarabağ”ın üzvü Həbib Qədimov rəqibi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldıqları üçün 3 oyunluq cəzalandırılıblar.

AFFA U-17 Liqasında baş tutan “Turan Tovuz” – “Qəbələ” oyununda meydan sahiblərinin futbolçusu İlham Beybutov 41-ci dəqiqədə rəqibi vuruduğuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq diskvalifikasiya edilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri