AFFA Səbail klubunu cərimələyib
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
AFFA İntizam Komitəsi "Səbail" klubunu 1300 manat cərimələyib.
Mia.az xəbər verir ki, buna "dənizçilər"in evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV turunun matçında yaşananlar səbəb olub.
Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bakı klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.
"Qarabağ" isə 700 manat cərimələnib. Buna "köhlən atlar"ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması əsas verib.
Bu mövzuda digər xəbərlər:AFFA Səbail klubunu cərimələyib
26 Noyabr 2024 14:53
AFFA Qarabağ klubunu cərimələyib
12 Dekabr 2024 19:28
AFFA “Səbail”in şikayətini təmin etməyib
04 Aprel 2025 17:22
AFFA Səbail və Şəfa nı cərimələdi
16 Fevral 2026 13:19
AFFA “Səbail“i böyük məbləğdə cərimələdi
07 Aprel 2026 12:14
Baxış sayı:161
Bu xəbər 26 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















