AFFA Turan Tovuz və Kəpəzi cərimələdi
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsindəki qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Turan Tovuz” – “Sabah” oyunu bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə klub 500 manat cərimə edilib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Eyni oyunda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimələnib.
“Kəpəz” – “İmişli” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə təmsilçisi 700 manat cərimə edilib.

