AFFAdan hakimə hədəqorxu gəlib təhqir edən komanda üzvlərinə ağır cəzalar
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
AFFA İntizam Komitəsi I Liqanın VIII turunda keçirilən “Karvan” – “Qəbələ” oyunundan sonra baş verənlərlə bağlı cəzaları açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, yevlaxlıların 2 futbolçusu ağır cəzaya məruz qalıb.
Qarşılaşmanın ardından “Karvan”ın futbolçularından Müşfiq Teymurov hakimləri təhqir edib və aqressiv davranıb, Bəhruz Teymurov isə referilərin ünvanına təhqir yağdırıb. Bu üzdən hər iki oyunçu 4 oyunluq cəzalanıb, “Karvan” 600 manat cərimələnib.
“Karvan”ın məşqçisi Zaur Hacıyev rəqibin baş məşqçisinə hədə-qorxu gəldiyi üçün 5 matçlıq cəzaya məruz qalıb, klubunu 400 manat xərcə salıb. Komandanın baş məşqçisi Kənan Kərimov isə mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəlib, ona sözlə təzyiq göstərməyə cəhd edib. Bu səbəbdən Kərimov 2-si şərti olmaqla 5 oyunluq cəzalanıb, komandası 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin olunub.
Baxış sayı:67
Bu xəbər 03 Dekabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















