AFFAi bəzi klubları cərimələyib
Icma.az bildirir, Reyting.az portalına istinadən.
AFFA İntizam Komitəsi bəzi klubları cərimələyib.
Reyting.az xəbər verir ki, "Qarabağ" klubuna 2000 manat cərimə kəsilib.
Buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda "Sabah"la heç-heçə (1:1) etdiyi matçda yaşananlar səbəb olub.
"Qarabağ" isə azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb. Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsümdə ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək.
"Səbail" klubu isə 700 manat cərimə olunub. "Dənizçilər"in 4 üzvü "Araz-Naxçıvan"a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb.
Baxış sayı:49
Bu xəbər 12 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















