Icma.az
close
up
RU
AFFAnın 1ci hədəfi: Dünən, bu gün, sabah TƏHLİL İdman və Biz

AFFAnın 1ci hədəfi: Dünən, bu gün, sabah TƏHLİL İdman və Biz

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın açıqladığı inkişaf strategiyası ölkə futbolundakı 1 nömrəli hədəfə aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, futbolumuzun siması olan əsas milli komandanın qarşısına qoyulan məqsəd konkretləşib.

AFFA yığmanı FİFA reytinqində “75-lik”də görmək istəyir. Təbii ki, klubların varlığında da, çempionatın keçirilməsində də məqsəd milli komanda, onun üçün futbolçu yetişdirilməsi və üzə çıxarılmasıdır.

Bəs, bu milli və “Top-75” nə dərəcədə mümkün və realdır? İdman.biz bu suala fərqli istiqamətlərdən nəzər salmağı zəruri hesab edir.

Andrade, Veşoviç, Yankoviç, biz gəlirik!
Hazırkı FIFA reytinqinə nəzər salsaq, Azərbaycan 117-cidir. Bizim məqsədimiz olan “75-liy”in son sıralarına baxaq. Honduras 75-ci, Bosniya və Herseqovina 74-cüdür. Göz dikdiyimiz bu pillələrin yaxınlığında Kabo-Verde ilə Monteneqro qərarlaşıb. Bu yığmalarda “Qarabağ”ın legionerləri Patrik Andrade, Leandro Andrade, Marko Veşoviç və Marko Yankoviç oynayırlar. Ümumiyyətlə, hədəfimiz olan 75-ci yerin əhatəsi maraq doğurur. Söhbət 8-ci “onluq”dan - 71-80-ci yerlərdən gedir. Kimlərə çatmaq, kimləri keçmək lazım olduğu bu siyahıdan bəllidir.

Hazırkı FİFA reytinqində 8-ci “onluq”
71. Şimali İrlandiya
72. Kabo-Verde
73. Monteneqro
74. Bosniya və Herseqovina
75. Honduras
76. İsrail
77. Qana
78. Qvineya
79. Boliviya
80. Oman

41 potensial “qurban”
Sonuncu siyahıda 117-ci olan millimizi 75-ci yerdən 42 pillə ayırır. Bu, o deməkdir ki, təkcə 8-ci “onluğ”un 6 komandası deyil, daha 36 yığmanı keçmək lazımdır. 80-ci pillədən də aşağıda, amma millimizdən öndə olan komandaların siyahısına baxaq. Burada Bəhreyn, Bolqarıstan, Salvador, Qabon, Anqola, Haiti, Zambiya, Uqanda, Yeni Zelandiya, Çin, Kurasao, Lüksemburq, Ekvatorial Qvineya, Benin, Suriya, Mozambik, Belarus, Tailand, Kosovo, Ermənistan, Trinidad və Tobaqo, Fələstin, Tacikistan, Tanzaniya, Komor adaları, Quam adaları, Qırğızıstan, Keniya, Mavritaniya, Qazaxıstan, Namibiya, Livan, Sudan, Vyetnam, KXDR, Madaqaskar yer alıblar. Avropa təmsilçiləri o qədər də keçilməz deyillər. Digərlərini isə bəzən ekzotik komanda belə sayırıq. Hərçənd, hamısı hazırda millimizdən öndədirlər.

Acı reallıq
Əlbəttə ki, 42 komandanı geridə qoymaq kağız üzərində asan görünür. Mümkünsüz olmayan bu vəzifə böyük əmək və səylər istəyir. Millimizin 2024-cü ildəki durumu isə ürəkaçandan çox-çox uzaqdır. 2024-cü ildə FİFA reytinqi 8 dəfə açıqlanıb. Rekordumuz 111-ci yer olub. Ən pis nəticə 118-ci pillədir. İyun-iyulda qərarlaşdığımız “zirvə” isə hədəfimizdən çox uzaqlardadır.

Millimiz 2024-cü ilin FİFA reytinqində:
Fevral - 113
Aprel - 112
İyun - 111
İyul - 111
Sentyabr - 113
Oktyabr - 118
Noyabr - 117
Dekabr - 117

Alman zəfəri və bəyənmədiyimiz Foqts - AFFA keçmişə qayıdır?
AFFA uzunmüddətli hədəf olaraq “Top-75”ə düşməyi istəyir. Hərçənd, biz oralarda da olmuşuq. Özü də çoxdan... Həm də təxminən 10-11 il əvvəl... İndi AFFA həmin keçmişə qayıtmaq, o günləri qaytarmaq üçün çalışır.

Tez-tez sosial şəbəkələrdə, saytlarda Azərbaycan millisinin tarixinin ən yaxşı komandası müzakirə olunur. Bəziləri 0:10 hesabı ilə uduzan “90-lar”dakı məğlub millini ən yaxşı sayır, bəziləri Avropada daha çox oyunçumuz olduğu üçün D liqasına qədər uçuruma yuvarlanan indiki yığmanı. Amma faktlar, nəticələr, FİFA reytinqi əsl həqiqətə üzə çıxarır. 2014-cü ilin yayı, çoxlarımızın bəyənmədiyi Berti Foqtsun çalışdırdığı millimizdə müstəqil Azərbaycanın ən istedadlı futbolçuları bir arada idi. Həmin yığma tarixinin rekorduna – 73-cü pilləyə yüksəlmişdi.

İyulda - Almaniyanın Braziliyada dünya çempionu olduğu vaxtda almaniyalının çalışdırdığı millimiz FİFA reytinqində özü üçün tarixi nəticəyə imza atmışdı. Növbəti ayda da yığmamız mövqeyini qoruyaraq ardıcıl ikinci dəfə 73-cü olub. Bu, Azərbaycanın “Top-75”də olduğu həm ilk, həm son iki ay olub.
Düzdür, 3 il sonra millimiz 75-ci yerin əhatəsində “fır-fir” fırlansa da, üçüncü “25-liy”ə daxil ola bilməyib.

Ümumiyyətlə, millinin tarixində FİFA reytinqindəki ən yaxşı 10 yer maraq doğurur. Bunların hamısı 2014-cü və 2017-ci illərə aiddir. Beş dəfə Berti Foqtsun, beş dəfə Robert Prosineçkinin dövründə belə nəticə yaşanıb.
Azərbaycan FİFA reytinqindəki 10 ən yaxşı nəticəsi:
1-2. İyul 2014 - 73
Avqust 2014 - 73
3. İyun 2017 - 76
4. Avqust 2017 - 79
5. İyul 2017 - 80
6. İyun 2014 - 83
7-8. Aprel 2014 - 85
May 2014 - 85
9-10. Aprel 2017 - 87
May 2017 - 87

Vüqar Xeyrullayev
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Yanvar 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri