Icma.az
close
up
RU
AFFAnın sabiq vitseprezidenti: Artıq olanımızı da itirməyə başlamışıq

AFFAnın sabiq vitseprezidenti: Artıq olanımızı da itirməyə başlamışıq

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq".
Reyting.az
-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.
65 yaşlı mütəxəssis millinin C Liqasında qalmaq şansını Estoniya ilə matçda əldən verdiyini vurğulayıb:
“Çox çətindir nəsə demək. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq. Son vaxtların ən potensiallı yığmasını gördük və çox ümidlər bağlamışdıq. İnanırdıq ki, inkişaf edərək bizi sevindirməyə çalışacaqlar. Qəbələdə Estoniya ilə oyundan sonra C Liqasındakı yerimizi 90 faiz itirmişdik. Son oyunda təkcə nəticə deyil, komandanın çıxışı da bizi məyus etdi. Düşünürəm ki, Azərbaycan bu gün layiq olmadığı yerə yuvarlanıb”.
AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb:
"İsveç yığmasının güclü olduğunu bilirdik, qrupun lideri idi. Baş məşqçiləri son açıqlamasında məqsədlərinin Millətlər Liqasında ən yaxşı nəticə əldə etmək olduğunu söylədi. Bizimlə oyunda tam güclərini qoyacaqları gözlənilən idi. İsveçə daha əvvəl 0:5 hesabı ilə məğlub olmuşduq. Həmin oyun ərəfəsində də rəqibi dağın başına qaldırmışdılar və bunu bilirdik. Kimsə kimdənsə üstün ola bilər. Ancaq bu o demək deyil ki, meydana ruhsuz çıxasan və mübarizəsiz tərk edəsən".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://reyting.az
archiveBu xəbər 22 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see145

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see137

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see134

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see134

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see131

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see127

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see123

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see121

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

15 Aprel 2025 23:24see120

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see115

Populyar ucuz Toyota modelləri bazarda səs küyə səbəb olur

15 Aprel 2025 21:16see115

Ölkə boyu leysan yağışlar yağır FAKTİKİ HAVA

15 Aprel 2025 22:13see114

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see113

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see109

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see109

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see108

Ceyms Finies: Fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq

15 Aprel 2025 20:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri