Afflek keçmiş həyat yoldaşı Cennifer Qarnerlə qalmaq qərarına gəlib
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
...Amerikalı aktyor Ben Afflek Santa Monika ilə Malibu arasında yerləşən 20 milyon dollarlıq malikanəsini tərk edib. Onun evi tələsik tərk edib aradan çıxmasına səbəb Kaliforniyanı bürüyən meşə yanğınlarının onun da malikanəsinə yaxınlaşmasıdır.
SİA TMZ-yə istinadən bildirir ki, Afflek keçmiş həyat yoldaşı Cennifer Qarnerlə qalmaq qərarına gəlib.
Xatırladaq ki, bir çox Hollivud ulduzlarının malikanələrinin yerləşdiyi nüfuzlu Pacific Palisades anklavında yanğınlar tüğyan edir.
Deyilənlrə görə, Riz Uizerspun, Tom Henks, Stiven Spilberq artıq evlərini qoyub qaçıblar.
Ümumilikdə xilasedicilər 30 mindən çox yerli sakini təxliyə ediblər.
...Və bəzi ulduzların mülkləri artıq yanğınlar nəticəsində zədələnib. Paris Hiltonun Malibuda okean sahilindəki malikanəsinin dağıdıldığı məlum olub. Adam Brodi və Leyton Mister, Anna Faris və Leonardo Di Kaprionun evlərinə də ziyan dəyib.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 Yanvar 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















