Icma.az
close
up
RU
Afrika bunun üçün 1,3 trilyon dollar axtarır Nyambura

Afrika bunun üçün 1,3 trilyon dollar axtarır Nyambura

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrika ölkələrinin əsas gözləntilərindən biri yeni kollektiv, kəmiyyətcə ifadə olunan maliyyə hədəfinin müəyyən edilməsidir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu iqlim konfransının üçüncü günündə İqlim dəyişikliyi sahəsində ədalət üzrə Panafrikan Alyansının nümayəndəsi Çarlz Piter Mvangi Nyambura jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni maliyyə hədəfinə diqqətin yetirilməsi Afrika qitəsinin iqlim dəyişikliyinin ciddi nəticələri ilə üzləşməsinə görədir: “Bu ciddi nəticələr insanların ölümünə və s. səbəb olur. Qitədə uyğunlaşma son dərəcə vacibdir. Buna görə də biz ona resursların ayrılmasını xahiş edirik, çünki hökumətlərimiz ÜDM-in 5-9 faizini uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsinə xərcləyir. Xüsusilə inkişaf proqramlarımızın həyata keçirilməsi üçün milli səviyyədə müəyyən edilmiş töhfələr də daxil olmaqla xarici resurslara ehtiyac var”.

Alyans nümayəndəsi vurğulayıb ki, Afrika qitəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) həyata keçirilməsi üçün 3 trilyon ABŞ dolları tələb olunur: “Bu vəsaitin xarici mənbələrdən gələcəyi gözlənilir, çünki daxili vəsait kifayət deyil. Biz bu resursları tələb etmişik.

Beləliklə, Afrika yeni kollektiv maliyyələşdirmə hədəfinə çatmaq üçün 1,3 trilyon ABŞ dolları axtarır. Bizi bura gətirən də budur. Bəyan edirik ki, uyğunlaşma qitə üçün əsas prioritetdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri