Afrika Futbol Konfederasiyası bəyanat yaydı
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun finalında yaşanan qalmaqalla bağlı rəsmi bəyanat yayıb.
QOL.az xəbər verir ki, ötən gecə keçirilən həlledici görüşdə Seneqal və Mərakeş üz-üzə gəlib. Matçın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb.
Əlavə vaxtlarda hakim Seneqalın vurduğu qolu qeydə almayıb, daha sonra isə bu komandanın qapısına penalti təyin edib. Buna etiraz olaraq Seneqalın məşqçilər korpusu futbolçuları meydandan çıxarıb. Bir müddət sonra oyun bərpa olunub, Mərakeş penaltini dəqiq yerinə yetirə bilməyib. Nəticədə Seneqal əlavə vaxtda vurduğu qolla 1:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub.
CAF-ın açıqlamasında bildirilib: “Konfederasiya Mərakeş və Seneqal arasında keçirilən Afrika Millətlər Kubokunun finalında bəzi futbolçuların və rəsmi şəxslərin yol verdiyi qəbuledilməz davranışları qətiyyətlə pisləyir. Xüsusilə hakimlər briqadasına və ya matçın təşkilatçılarına qarşı yönəlmiş hər cür uyğun olmayan hərəkətlər yolverilməzdir. Bütün video materiallar nəzərdən keçirilir və məsələ müvafiq orqanlara göndəriləcək. Günahkar şəxslərlə bağlı lazımi tədbirlər görüləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 19 Yanvar 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















