Icma.az
close
up
RU
Afrika ikiyə bölünməyə başladı, yeni okean yaranır

Afrika ikiyə bölünməyə başladı, yeni okean yaranır

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Afrika iki hissəyə bölünür. Yeni araşdırmaya görə, bu parçalanma yəqin ki, on milyonlarla il əvvəl başlayıb. Kiel Universitetinin alimləri maqnit məlumatlarını öyrənərək Afrika ilə Ərəbistan arasında qədim geoloji ayrılmanın baş verdiyini göstərən sübutlar tapıblar. Bir zamanlar bu iki quru sahəsi bir-birinə puzzle parçaları kimi bağlı olub, lakin zamanla baş verən proseslər onların ayrılmasına gətirib çıxarıb. Bu ayrılma isə Afrika boyunca şimal-şərqdən cənuba doğru, sanki gödəkçənin zəncirbəndi kimi irəliləyərək, vulkanizm və seysmik fəallıqla müşayiət olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, parçalanma tam başa çatdıqda (bu, ehtimal ki, beş-on milyon ildən sonra baş verəcək) Afrika iki böyük quru sahəsindən ibarət olacaq. Qərbdə Misir, Əlcəzair, Nigeriya, Qana və Namibiya kimi əksər Afrika ölkələrini özündə birləşdirən böyük ərazi formalaşacaq. Eyni zamanda, şərqdə daha kiçik bir quru sahəsi yaranacaq. Onun tərkibinə Somali, Keniya, Tanzaniya, Mozambik və Efiopiyanın böyük hissəsi daxil olacaq.

Plitə tektonikası nəzəriyyəsi bizə bildirir ki, materiklərin indiki konfiqurasiyası geoloji zaman ərzində kəskin şəkildə fərqli olub. Daily Mail izah edir ki, milyonlarla, bəlkə də milyardlarla il əvvəl daha böyük tektonik plitələr parçalanıb və uzaqlaşıb. Yeni okean qabığı və indiki okeanların yaranmasına səbəb olan, dəniz dibinin yayılması adlanan prosesi formalaşdırıb.

Tədqiqatçılar Afrikanın ən mühüm tektonik xüsusiyyətlərindən biri olan Şərqi Afrika çatına işarə edirlər: bu, Yer qabığının parçalanması nəticəsində yaranmış nəhəng çat sistemidir. Təxminən 4000 mil uzunluğa və orta hesabla 30–40 mil enə malik bu sistem İordaniyadan başlayaraq Cənub-Qərbi Asiyadan Şərqi Afrika boyunca Mozambikədək uzanır.

Hesab olunur ki, milyon illər sonra Afrika bölündükdə, dərin uçurum bu çat sistemi boyunca uzanacaq. Malavi və Turkana kimi Şərqi Afrikadakı böyük su hövzələrini ayıracaq.

Bu araşdırma üçün alimlər çat sisteminin zirvəsinə yaxın hissəyə - Qırmızı dənizin Ədən körfəzinə birləşdiyi Əfar regionuna diqqət yönəldiblər. Əfar regionu Yer üzündə nadir rast gəlinən bir məkandır: burada üç tektonik çat — Əsas Efiopiya çatı, Qırmızı dəniz çatı və Ədən körfəzi çatı bir nöqtədə birləşir və birlikdə “üçqat çat” adlanır.

Alimlər hesab edirlər ki, bu ərazidə biz plitələrin ayrılma prosesinin ən erkən mərhələlərini müşahidə edirik və uzun müddət bunun baş verdiyi yaxud artıq başa çatdığı düşünülürdü.

Mütəxəssislər Afrika qitəsinin necə dartıldığını və parçalandığını daha yaxşı anlamaq üçün 1968-1969-cu illərdə bort cihazları ilə toplanmış maqnit məlumatlarını təhlil ediblər.

Köhnə məlumat dəstlərini birləşdirərək və onların analizində müasir texnologiyalardan istifadə edərək, alimlər komandasına Yer qabığının maqnit sahəsi haqqında yeni təsəvvür əldə etmək mümkün olub.

Daha dəqiq desək, komanda sualtı dağlarda (geoloqların “okeanarası silsilələr” adlandırdığı orta okean hündürlüklərində) formalaşmış Yer qabığının maqnit profilini öyrənən skanerlərin məlumatlarından istifadə edib.

Yer kürəsinin maqnit qütbləri yerlərini dəyişəndə “bu hadisə bir neçə min və ya milyon ildən bir baş verir) Yer qabığında ağacın illik halqalarına və ya supermarket məhsulundakı ştrix-koda bənzər maqnit izi yaranır.

Təhlil göstərib ki, qədim dəniz dibi yayılma zolaqları Afrika ilə Ərəbistan arasında uzanır və bu da həmin regionun on milyonlarla il əvvəl parçalanmağa başladığını güman etməyə əsas verir.

Burada müşahidə olunan güclü maqnit siqnatürü, görünür ki, yavaş, lakin fasiləsiz şəkildə davam edən kontinental riftogenezdən (Yer qabığının yumşaq plastilin kimi dartılıb incəlməsi prosesindən) xəbər verir. Nəticədə qabıq qırıldıqda yeni okeanın yaranması baş verəcək.

Daily Mail vurğulayır ki, biz bu cür hadisə zamanı sanki torpağın gözümüzün önündə parçalandığını təsəvvür edə bilərik, amma əslində bu proses o qədər yavaş gedir ki, insanlar onu hiss etməyəcəklər.

Suonsi Universitetinin geokimyaçısı doktor Emma Uotts qeyd edir ki, Afrikanın parçalanması xüsusən də çatın şimal hissəsində, çox yavaş — ildə cəmi 5–16 millimetr — baş verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri