Afrika son 25 ilin ən genişmiqyaslı vəba epidemiyasını yaşayır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Paris, 13 noyabr, AZƏRTAC
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Africa CDC) yayımladığı bəyanatda qitənin son 25 ilin ən genişmiqyaslı vəba epidemiyasını yaşadığını bildirib.
AZƏRTAC xəbər verir ki, qurumun məlumatına görə, yalnız bu ilin əvvəlindən bəri 300 mindən çox vəbaya yoluxma halı qeydə alınıb. Bu, ötən illə müqayisədə 30%-dən çox artım deməkdir. Yeddi mindən artıq insanın ölüm faktı rəsmən təsdiqlənib.
Mərkəzin yaydığı məlumatda Burundi və Anqolanın son həftələrdə ən çox zərər görən ölkələr olduğu qeyd edilib. Bu vəziyyət əsasən su təchizatı və kanalizasiya infrastrukturunun zəifliyi ilə əlaqələndirilir. Africa CDC-nin baş direktoru Jan Kaseya onlayn mətbuat konfransında bildirib ki, Afrikada xolera hələ də əsas ictimai sağlamlıq problemi olaraq qalır. 2022-ci ildən bəri xəstəlik halları, ölüm sayı və təsirlənmiş ölkələrin sayı hər il artır. Vəziyyətin pisləşməsi fonunda qurum Zambiyada təqdim edilən vəba ilə mübarizə planının qitə üzrə tam şəkildə tətbiq edilməsinin vacibliyini vurğulayır.
Konqo Demokratik Respublikasında münaqişələr və əhalinin kütləvi köçü ilə bağlı vəziyyət xüsusilə mürəkkəb olaraq qalır. Africa CDC riskin çox yüksək olduğunu vurğulayır. Bildirilir ki, hazırda 23 Afrika ölkəsində xolera yayılmaqdadır. Bakterial infeksiya əsasən çirkli su və çirklənmiş qida vasitəsilə yayılı. Afrika qitəsindəki hazırkı epidemiya beynəlxalq ictimaiyyətin, regional hökumətlərin və səhiyyə təşkilatlarının təcili və koordinasiyalı müdaxiləsini tələb edən kritik bir nöqtəyə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















