Icma.az
close
up
RU
Afrikada heç bir ölkənin sahib olmaq istəmədiyi torpaq: Səbəb nədir?

Afrikada heç bir ölkənin sahib olmaq istəmədiyi torpaq: Səbəb nədir?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünyada bir çox əraziyə ölkələr iddia etsə də, Afrikada elə bir sahə var ki, heç bir dövlət onu özünə aid hesab etmək istəmir. Söhbət Misir və Sudan sərhədində yerləşən Bir-Tavil bölgəsindən gedir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience” yazır.

"Boş torpaq"

Bir-Tavil kiçik, səhra xarakterli və olduqca əlverişsiz ərazidir. Misir və Sudan arasında yerləşir və hər iki ölkə bu əraziyə rəsmi iddia irəli sürmür.

Bölgə nəqliyyat yollarından və infrastrukturlardan uzaqdır. Ərazi dağlıq, qayalı və çox isti iqlimə malikdir. Orada yollar, işarələr, yaşayış məntəqələri və əsas xidmətlər yoxdur.

Bəzi mənbələrə görə, burada Ababde adlı köçəri tayfa yaşayır. Onların min illərdir bu ərazidə mövcud olduğu bildirilir.

Araşdırmalara görə, bölgədə əsasən qeyri-rəsmi qızıl hasilatı ilə məşğul olan kiçik qruplar da fəaliyyət göstərir. Burada həm ənənəvi əl üsulları, həm də müasir avadanlıqlarla qızıl axtarışı aparılır.

Bəzi tədqiqatçılar qeyd edir ki, Bir-Tavil "tamamilə boş” deyil. Ərazidə müvəqqəti düşərgələr, karvanlar və hətta müxtəlif "bayraq” qaldıran insanlar da olub. Lakin bu iddiaların heç biri beynəlxalq səviyyədə tanınmır.

Bir-Tavilin yaranma səbəbi

Tarixi mənbələrə görə, bölgə uzun müddət müxtəlif imperiyaların – Misir, Nubiya, Osmanlı və Britaniya imperiyalarının təsiri altında olub. Problemin kökü Britaniya imperiyasının sərhəd xəritələrində iki fərqli sərhəd xətti çəkməsi ilə bağlıdır.

1899-cu ildə Sudan və Misir arasında aparılan müharibədən sonra bölgə Britaniya–Misir idarəçiliyinə keçib. Sonradan sərhədlərin fərqli şəkildə müəyyən edilməsi bu "boş hüquqi status” vəziyyətini yaradıb.

Bəzi jurnalistlər qeyd edir ki, Bir-Tavil dünyanın "son iddiasız ərazisi” kimi tanınsa da, son illərdə burada müxtəlif şəxslər tərəfindən simvolik "dövlət” elan etmə cəhdləri olub. Lakin heç biri BMT tərəfindən tanınmayıb.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Aprel 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri