Icma.az
close
up
RU
Afrikada vəbaya yoluxanların sayı 300.000 i keçib, 7000 dən çox ölüm qeydə alınıb

Afrikada vəbaya yoluxanların sayı 300.000 i keçib, 7000 dən çox ölüm qeydə alınıb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Afrika qitəsi son 25 ilin ən ağır vəba epidemiyası ilə üz-üzədir.
Reyting.az
xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Afrika CDC) məlumat yayıb.
Afrika CDC-nin məlumatına görə, 2024-cü ildə qitədə təxminən 254.000 vəba hadisəsi qeydə alınıb. 2025-ci ildə isə yoluxanların sayı artıq 300.000-i keçib, 7000-dən çox insan vəbadan həyatını itirib.
Bildirilib ki, vəba hallarının sayında artım ötən ilin ümumi göstəricilərini geridə qoyub və qitə hazırda son 25 ilin ən pis epidemiyası ilə qarşı-qarşıyadır.
Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş direktoru Cin Kaseya qeyd edib ki, vəba qitə üçün ciddi təhlükə olaraq qalır.
Onun sözlərinə görə, 2022-ci ildən bəri hər il daha çox yoluxma halı qeydə alınır və eyni tendensiya ölüm hallarının və təsirlənən ölkələrin sayında da müşahidə olunur.
Kaseya son həftələrdə Anqola və Burundidə vəziyyətin daha da pisləşdiyini bildirib: “Afrikada müşahidə etdiyimiz artım tendensiyasının qarşısını almaq üçün Zambiyada başladılan vəbaya qarşı mübarizə planını tam şəkildə həyata keçirməliyik”.
Qeyd edək ki, avqust ayında Zambiyanın paytaxtı Lusakada start verilən plan gələn ilin sentyabrından fevral ayına qədər davam edəcək və müşahidə, yoluxma hallarının idarə olunması, logistika və peyvəndləmə tədbirlərini əhatə edəcək.
“Vibrio” bakteriyasının səbəb olduğu xolera qida və su vasitəsilə ötürülür, şiddətli ishal və susuzluğa yol açır. Müalicə olunmadığı halda xəstəlik ölümcül ola bilər.
V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri