Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Afrikanın daha bir dövləti Makrona sərt cavab verib: Seneqala münasibətdə bu bəyanat tamamilə səhvdir AZƏRTAC

Afrikanın daha bir dövləti Makrona sərt cavab verib: Seneqala münasibətdə bu bəyanat tamamilə səhvdir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Paris, 7 yanvar, AZƏRTAC

2017-ci ilin mayında hakimiyyətə gəldikdən sonra Emmanuel Makron bir sıra mübahisələrin mərkəzində olub və onun mandatına damğasını vuran kobud səhvlərə yol verib. Bu hadisələr onun barəsində bəzən ünsiyyətində yöndəmsiz olan prezident imicini formalaşdırıb. Makton ünsiyyətindəki yöndəmsizliyi və ya müəyyən sosial və mədəni reallıqlarla əlaqəsi olmayan yanaşmasına görə qınanıb. Çox vaxt şifahi kobud səhvlər olsa da, bu hadisələr Fransa əhalisinin bir hissəsi və beynəlxalq tərəfdaşlar arasında inamsızlığın artmasına səbəb olub. Bu, daha ölçülü ünsiyyətin və daha əhatəli dialoqun vacibliyini vurğulayır. Onun bəzən professor və ya paternalist hesab edilən ünsiyyət tərzi əhalinin müəyyən təbəqələrini qıcıqlandırır. Onu real dialoq qurmaqdansa, kifayət qədər dinləməməkdə, dərs verməkdə ittiham edirlər.

Fransa prezidenti yanvarın 6-da Yelisey sarayında səfirlərin ənənəvi konfransında çıxışını bitirməmiş tənqidlərə məruz qalıb. E.Makronun Afrikada Fransa hərbi mövcudluğu ilə bağlı söylədikləri birmənalı qarşılanmayıb. O deyib ki, Afrika ölkələri uzun illər Fransanın göstərdiyi xidmətlərə, Afrika Sahili (Sahel) ölkələrində göstərdiyi “dəstəyə” görə Fransaya təşəkkür etməyi unudublar. Prezident çıxışında fransız hərbi qüvvələrinin bəzi Afrika ölkələrindən qovulması yox, fransız hərbi strukturunun yenidən formalaşması kimi təqdim edib.

Afrika ölkələrinin bununla bağlı cavabı gecikməyib, Çad və Seneqal E. Makronun şərhlərini pisləyiblər.

Çad və Seneqal hökumətləri Fransa prezidentinin Afrikaya və afrikalılara qarşı hörmətsiz münasibəti əks etdirən çıxışından sonra dərin narahatlıqlarını bildiriblər.

Seneqalın baş naziri Usman Sonko (Ousmane Sonko) da öz növbəsində, E.Makronun səsləndirdiyi guya “Fransa əsgərlərinin ölkəsindən çıxarılması Paris və Dakar arasında danışıqlar”ın nəticəsi olması ilə bağlı etirazını ifadə edib. Sosial şəbəkələrdə o, yüzlərlə fransız əsgərinin ölkədən getməsinin Fransanın təklifi olması, eləcə də Fransa ordusunun mövcudluğunun yenidən təşkili ilə əlaqədar iddianı tamamilə səhv adlandırıb.

“Fransa 2013-cü ildən terrorizmə qarşı Sahelə hərbi müdaxilə etməkdə haqlı idi, lakin Afrika liderləri təşəkkür etməyi unutdular. Onlardan heç biri Fransasız suveren bir ölkəni idarə edə bilməyəcəkdi” - deyən Makrona Seneqalın Baş naziri sərt reaksiya verib: “Prezident Emmanuel Makron səfirlərin 30-cu konfransı zamanı bildirdi ki, fransız bazalarının ölkədən çıxarılmasına dair qərar verilməsi üçün Afrika ölkələri ilə Fransa arasında danışıqlar aparılacaq. O, Fransanın Afrika ölkələrindən çıxarılmasını sadəcə rahatlıq və nəzakət üzündən olduğunu təxmin etməklə davam edir. Demək istərdim ki, Seneqala münasibətdə bu bəyanat tamamilə səhvdir. Bu günə qədər heç bir müzakirə və ya danışıqlar aparılmayıb və Seneqalın verdiyi qərar onun azad, müstəqil və suveren ölkə kimi yeganə iradəsindən qaynaqlanır.

O, (E. Makron) "Fransa bu ölkələrdə yerləşdirilməsəydi, bu gün heç bir Afrika ölkəsinin suveren olmayacağını" bəyan edir. Fransanın Afrikanın təhlükəsizliyini və suverenliyini təmin etməyə nə gücü, nə də legitimliyi var.

Əksinə, Fransa Liviya kimi bəzi Afrika ölkələrində sabitliyin pozulmasına kömək etdi.

Nəhayət, Prezident Makrona xatırlatmaq vaxtıdır ki, bəzən güclə səfərbər edilən, pis rəftar edilən və nəhayət, xəyanətə məruz qalan Afrika əsgərləri İkinci Dünya müharibəsi zamanı Fransanı müdafiə etmək üçün yerləşdirilməsəydilər, Fransa bu gün Almaniya olardı”, - deyə U. Sonko E. Makronun söylədiyi cəfəngiyyata sərt münasibət bildirib.

Qeyd edək ki, Çadın xarici işlər naziri və hökumət sözçüsü Əbdürrəhman Kəlamullah da bəyanatında Makronun dediklərini “Afrikaya və afrikalılara qarşı hörmətsizlik mövqeyi” kimi qiymətləndirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Yanvar 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri