Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Aft yaradan qidalar açıqlandı

Aft yaradan qidalar açıqlandı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağızda qəfil yaranan, yemək-içməyi işgəncəyə çevirən kiçik yaralar əslində düşündüyünüzdən daha çox səbəbdən ortaya çıxa bilər. Hər dörd nəfərdən birində müşahidə olunan aftların əksəriyyəti zərərsiz olsa da, bəzi hallarda orqanizmin daha ciddi siqnalı ola bilər.
Demokrat.az xəbər verir ki, ağız yaraları adətən dodaq və yanağın daxili səthində, bəzən də dilin altında yaranan dairəvi və ya oval formalı xoralardır. Həkim Lucy Hooper bu yaraların zərərsiz olduğunu və ən geci 1 həftəyə sağaldığını bildirib.
Aftlar çox vaxt ağızın içini bilmədən dişləmək, sərt qidanın yaratdığı sürtünmə kimi yüngül travmalar nəticəsində əmələ gəlir. Lakin genetik meyillilik, hormonal dəyişikliklər və virus infeksiyaları da rol oynaya bilər. "Crohn" xəstəliyi və çölyak kimi autoimmun pozuntuları olanlar, eləcə də kimyaterapiya alan şəxslər daha həssas hesab olunur. İbuprofen kimi gündəlik istifadə olunan bəzi dərmanlarla da əlaqə mümkündür. Ən geniş yayılmış səbəblərdən biri isə stressdir. Həkim deyir ki, “Stress iltihaba səbəb olur və orqanizmdə iltihab olduqda bu, ağız boşluğuna da təsir göstərə bilər”.
Qidalanma da mühüm amildir. Tədqiqatlar göstərir ki, B12 vitamini, dəmir, fol turşusu və sink çatışmazlığı aftların yaranmasını asanlaşdıra bilər. Lucy Hooper qeyd edir ki, ət, yumurta, dəniz məhsulları və süd məhsullarından uzaq duranlarda risk arta bilər: “Bu, o demək deyil ki, veqan və ya vegeterian kimi sağlam qidalanmaq mümkün deyil. Sadəcə bəzi qida qruplarını rasiondan çıxararkən həmin vitaminləri kifayət qədər qəbul etdiyinizə əmin olmalısınız”.
Riskin azaldılması üçün B12 ilə zənginləşdirilmiş bitki mənşəli südlərdən istifadə etmək, sink üçün noxud, fıstıq və kinoaya üstünlük vermək, fol turşusu mənbəyi kimi tünd yaşıl yarpaqlı tərəvəzlər və paxlalıları rasiona əlavə etmək, dəmir üçün isə ispanaq kimi məhsullar seçmək tövsiyə olunur.
Bəzi qidalar isə birbaşa aft yarada və ya mövcud yaranı ağırlaşdıra bilər. Alkoqol, qazlı içkilər və sitrus meyvələri bunların başında gəlir. Həkimin sözlərinə görə, turşulu qida və içkilərin tez-tez qəbulu ağız boşluğunun pH balansını aşağı salır, qoruyucu qatın zədələnməsinə səbəb olur və bu da toxumanı daha həssas edir. O əlavə edir: “Çiyələk və pomidor insanların turşuluqla əlaqələndirmədiyi iki qidadır, lakin ağız yaralarının yaranmasına səbəb ola bilər”.
Acılı və duzlu qidalar da ağızın həssas selikli qişasını qıcıqlandıraraq aftın yaranmasına şərait yarada bilər. Əgər artıq yara mövcuddursa, sərt, xırtıldayan və ya kəskin kənarlı qidalardan uzaq durmaq tövsiyə olunur. Həkim xəbərdarlıq edir ki, xırtıldayan çörəyi çeynəmək belə ciddi narahatlıq yarada bilər.
Ağız gigiyenası da az əhəmiyyət daşımır. Diş sapından istifadə etmək və mütəmadi stomatoloq müayinəsindən keçmək vacibdir. Diş məcunlarının tərkibində tez-tez rast gəlinən natrium lauril sulfat (SLS) maddəsi köpüklənmə yaratsa da, bəzi araşdırmalara görə SLS-siz məcunlar ağız yaralarının və ağrının azalmasına kömək edə bilər.
Əksər aftlar kiçik olur və öz-özünə sağalır. Lakin yara bir santimetrdən böyükdürsə, iki həftədən artıq davam edirsə və ya başqa əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etmək lazımdır. Qan analizləri ilə vitamin və mineral çatışmazlığı araşdırıla bilər. Lucy Hooper bildirir ki, “Şiddətli ağrı və ya qızdırma, qarın və ya oynaq ağrısı kimi digər xəstəlik əlamətləri də varsa, əsas səbəbi araşdırmaq vacibdir”.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2026 04:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see465

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see450

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see430

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see301

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see300

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see291

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see275

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see257

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see251

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see242

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see234

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see227

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see215

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see208

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see206

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see203

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see201

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see195

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see177

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri