Icma.az
close
up
RU
Aftandil Hacıyev: Ümid edirəm ki, baş məşqçi dəyişikliyi milli komanda üçün yeni başlanğıc olacaq

Aftandil Hacıyev: Ümid edirəm ki, baş məşqçi dəyişikliyi milli komanda üçün yeni başlanğıc olacaq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

AFFA-nın Fernandu Santuşla yollarını ayırması düzgün qərar idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilməsinə münasibət bildirib: “Hamıya məlumdur ki, bu addım bir günün içində atılmayıb. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında milli komandamız nəticə qazana bilmirdi, qələbələr yox idi. Son oyunlarda futbolçularda milli ruhun və motivasiyanın azaldığı hiss olunurdu. Komanda sanki matçlara inamsız çıxırdı. Bu səbəbdən qərar mənim üçün gözlənilməz olmadı”.

Onun sözlərinə görə, müvəqqəti baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi altında yığmanın oyununda müsbət dəyişiklik gözlənilir: “Ayxan Abbasov gənc və motivasiyalı mütəxəssisdir. İnanıram ki, onun rəhbərliyi ilə futbolçularda milli ruh bir oyunluq da olsa, geri qayıdacaq. Dünya çempionatının seçmə mərhələsinə yaxşı əhvali-ruhiyyə ilə başlamadıq. Qrupun ən zəif komandalarından biri hesab edilən İslandiyaya 0:5 hesablı məğlubiyyət heç də yaxşı olmadı. Ardınca Ukrayna ilə matç öncəsi baş məşqçinin istefası da xoş hal deyil. Amma ümid edirəm ki, bugünki matçdan ən azı 1 xalla ayrıla biləcəyik. Çünki bu səviyyədə olan komandalara qarşı əvvəlki qarşılaşmalarda xal qazanmağı bacarmışıq”.

A.Hacıyev qeyd edib ki, Azərbaycan millisi üçün bu mərhələdə ən vacib məqam psixoloji durumdur: “Komandada futbolçulara inam aşılamaq, birliyi qorumaq çox önəmlidir. Əks halda, arzuolunmaz nəticələr davam edə bilər. Ümid edirəm ki, dəyişiklik milli üçün yeni başlanğıc olacaq”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna qarşılaşması saat 20:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see375

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri