Icma.az
close
up
RU
“Ağ atlı oğlan nazirliyi”nə ehtiyac yoxdur” Tural Abbaslıdan Fazil Mustafaya cavab

“Ağ atlı oğlan nazirliyi”nə ehtiyac yoxdur” Tural Abbaslıdan Fazil Mustafaya cavab

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Problemlərin həlli üçün “ağ atlı oğlan nazirliyi” kəşf etməkdənsə, dövlət qurumlarının öz işlərini yerinə yetirməsinə nəzarət etmək lazımdır”.

Bunu “Yeni Sabah”a açıqlamasında deputat Fazil Mustafanın Problemlərin Həll Edilməsi Nazirliyinin yaradılması təklifinə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

Onun fikrincə, deputatın təklifi emosional vəziyyətdən irəli gələ bilər: “Fazil bəy həm partiya sədri, həm də deputatdır, tez-tez problemi olan seçicilərlə görüşür. Bu zaman müxtəlif sahələrə aid məsələlər qaldırılır, sosial, təhsil, səhiyyə, iqtisadiyyatla bağlı çətinliklər onlara bildirilir. Təbii ki, bir deputatın qısa zamanda bütün bunları həll etmək gücü və resursu yoxdur. Bəlkə də bu vəziyyətin emosional halından belə bir təklif verib ki, heç olmasa, xırda məsələlərin həllinə yardım üçün Problemlərin Həll Edilməsi Nazirliyi yaradılsın”. pizza

T.Abbaslı söyləyib ki, amma bu çiy təklifdir, ciddi formada əsaslandırılmayıb: “Həmin nazirliyin iş prinsipinin, vətəndaşların ora müraciət qaydasının, ona baxılması və problemin həlli mexanizminin necə olacağı, başqa qurumlarla səlahiyyət toqquşmaları olanda necə həll ediləcəyi bəlli deyil. Hesab edirəm ki, bu təklif praktik deyil”.

Ağ Partiyanın sədri belə bir nazirliyin yaradılmasını real saymır:

“Zatən hər nazirlik öz işini görsə, “ağ atlı oğlan nazirliyi”nə ehtiyac qalmaz. Bu, nağıllarda olur. Dövlət quruluşunda hər insan öz işini görsə vətəndaşların irili-xırdalı bütün problemləri həll olunar.

Yeni nazirliklər yarada, onları birləşdirə və ya müəyyən səlahiyyətlər verə bilərsiniz, amma vətəndaş və dövlət münasibətləri fəlsəfəsində, “məmur qafası”nda dəyişiklik olmadıqca problemlər qalacaq.

Məqsədin təkcə vəzifəni qorumaq və ya daha tez varlanmaq yox, vətəndaşa xidmət anlayışı olmadıqca məsələ öz həllini heç vaxt tapmayacaq. Əgər biz belə təkliflərlə məşğul olmağa başlasaq, onda dövlətdə paralel strukturlar yaratmalıyıq. Bu zaman da ortaya sual çıxır: Onda dövlət strukturları nəyə lazımdır?!”.

T.Abbaslı əlavə edib ki, əsas məsələ yeni qurum yaratmaq yox, mövcud dövlət orqanlarının fəaliyyətinə nəzarəti gücləndirməkdir:

“Nazirliklərə nəzarət mexanizmləri qurulmalıdır. Müxalifətin bu proseslərdə iştirakını təmin etmək lazımdır ki, nəzarət-təftiş funksiyasını icra edə bilsin. Nəzarət olmayan yerdə təbii ki, belə problemlər olacaq.

Fazil bəyə hörmətimiz var, bu da onun subyektiv fikridir, amma praktik deyil və dövlətçilik prinsiplərinə uyğun olmayan ideyadır”.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 10-da keçirilən iclasında deputat Fazil Mustafa maraqlı təkliflə çıxış edib. O, ölkədə vətəndaşların müxtəlif dövlət qurumları arasında vaxt itirməməsi üçün Problemlərin Həll Edilməsi Nazirliyinin yaradılması təklifini irəli sürüb.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri