Icma.az
close
up
RU
Ağ Ev: “ABŞ Ukraynadakı müharibədən yorulub, Trampın səbri tükənib”

Ağ Ev: “ABŞ Ukraynadakı müharibədən yorulub, Trampın səbri tükənib”

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Karoline Levitt: “Hər iki tərəf reallığı qəbul etməli və razılığa gəlməlidir”

“ABŞ Ukraynadakı müharibədən yorulub və Prezident Donald Trampın da,  Amerika xalqının da səbri tükənib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karoline Levitt “Fox News” telekanalında bildirib.

Levitt vurğulayıb ki, Tramp “sülhə nail olmaq üçün səylə çalışır”.

"Prezident həftəyə Misir vasitəsilə İsrailə uçmaqla başladı, 36 saat sonra Ağ Evdə keçirilən Azadlıq medalı mərasimində Çarli Kirki şərəfləndirmək üçün qayıtdı. Sonra ertəsi gün o Rusiya Prezidenti Vladimir Putinlə üç saat telefonla danışıb, bu müharibəni bitirməyə çalışdı. Bu gün Zelenski ilə Ağ Evdə olduq və Prezident onunla Nazirlər Kabinetində üç saatlıq görüş keçirdi", - deyə bildirib.

Eyni zamanda, Levittin sözlərinə görə, hər iki tərəf “reallığı qəbul etməli və razılığa gəlməlidir”, çünki ABŞ artıq “bu müharibədən yorulub”.

"Bu, çox uzun müddət davam etdi, çox sayda günahsız insan öldü və ABŞ artıq yorulub. Bəsdir. Hər iki tərəf hazırda vəziyyətin reallığını etiraf etməli və sülh razılaşmasına nail olmalıdır. Çünki Prezident Trampın səbri və Amerika xalqının bu müharibəyə səbri çatmır", - Levitt qeyd edib.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, Tramp öz fikirlərini münaqişənin hər iki tərəfinə çatdırıb. O həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Ukraynada sülhə nail olmaq üçün səylərini davam etdirəcək.

"Tramp sözün əsl mənasında yatmır və gecə-gündüz sülh üçün çalışır. O İsrail və Qəzzada olduğu kimi, Rusiya və Ukrayna ilə də bunu davam etdirəcək. O həqiqətən də Yaxın Şərqdə davamlı sülh üçün real şansın olduğuna inanır və ümid edirik ki, Rusiya və Ukrayna ilə də eyni şey olacaq və Prezident bunun baş verməsi üçün çox çalışır", - Levitt yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:283
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri