Ağ Ev: Asiya turu çərçivəsində Trampın Şimali Koreya lideri ilə görüşü nəzərdə tutulmur
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 5 may, AZƏRTAC
Ağ Ev rəsmisi bazar ertəsi günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın bu ay Asiyaya edəcəyi səfəri zamanı onun Şimali Koreya lideri Kim Çen In ilə görüşü nəzərdə tutulmayıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Ağ Ev rəsmisinin bu açıqlaması Donald Trampın mayın 14-15-də Pekində ÇXR Sədri Si Cinpin ilə ticarət və Yaxın Şərq münaqişəsi də daxil olmaqla bir sıra məsələləri əhatə edəcəyi yüksəksəviyyəli sammitin planlaşdırdığı bir vaxta təsadüf edir.
“Belə bir görüş hazırda səfər proqramında yoxdur”, - deyə Ağ Ev rəsmisi elektron poçt vasitəsilə Yonhap xəbər agentliyinin Trampın Çinə səfəri zamanı Şimali Koreya lideri ilə yenidən əlaqə qurmağa çalışması ehtimalının olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib. O əlavə edib ki, ABŞ Prezidenti Şimali Koreya ilə heç bir ilkin şərt olmadan dialoqa açıqdır.
Lakin müşahidəçilər bildiriblər ki, Trampın Çinə səfəri zamanı əsas diqqət yüksəksəviyyəli sammitə və İranla sülh danışıqlarına yönələcək.
Trampın birinci prezidentlik müddəti ərzində Kimlə üç görüşü olub. Birinci görüş 2018-ci ilin iyun ayında Sinqapurda, ikincisi 2019-cu ilin fevral ayında Hanoyda və üçüncü təmas 2019-cu ilin iyun ayında iki Koreya dövlətinin arasında yerləşən sərhəd kəndi Panmunjomda olub.
Daha əvvəl ABŞ Prezidenti İranın davam edən münaqişəyə son qoymaq məqsədi ilə təqdim etdiyi 14 maddəlik təklifi nəzərdən keçirəcəyini bildirmişdi, eyni zamanda Tehranın gözləntiləri doğrultmadığı təqdirdə Vaşinqtonun hərbi əməliyyatlara davam edə biləcəyi barədə xəbərdarlıq etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 May 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















