Ağ Ev bu ölkə hökumətinin son günlərini yaşadığını bəyan etdi...
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağ Evin mətbuat katibi Kerolayn Livit Kuba hökumətinə, xüsusən ABŞ-la bağlı verdiyi açıqlamalarda daha müdrik olmağı tövsiyə edib.
Moderator.az yəhudi mediasına istinadla xəbər verir ki, ABŞ rəsmisi bu açıqlamanı mətbuat konfransında edib.
Livit Kuba lideri Migel Dias-Kanelin ölkəsinin təzyiq və ya ilkin şərtlər olmadan, bərabər əsasda və suverenliyə hörmətlə Vaşinqtonla dialoqa hazır olduğu barədə açıqlamasını şərh edərkən deyib:
"Düşünürəm ki, Kuba hökumətinin son günlərini yaşadığını və ölkəsinin iflas üzrə olduğunu nəzərə alsaq, onlar Prezidentin və ABŞ-ın ünvanına verdikləri açıqlamalarda daha müdrik olmalıdırlar. Amma, bir daha təkrarladığım kimi, Prezident həmişə diplomatiyaya açıqdır və inanıram ki, Kuba hökuməti ilə danışıqlar artıq başlayıb", - Livit qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 06 Fevral 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















