Icma.az
close
up
RU
Ağ Ev danışıqlarında hansı mövzularda razılıq əldə olundu?

Ağ Ev danışıqlarında hansı mövzularda razılıq əldə olundu?

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunmuş çoxtərəfli görüş keçirib.
Yeniavaz.com
xəbər verir ki, Vaşinqtonda keçirilən danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiya, Fransa liderləri, Avropa Komissiyasının rəhbəri və NATO-nun baş katibi iştirak edib.
Ağ Ev tarixində ilk dəfə idi ki, bu qədər çox sayda Avropa liderini qəbul edirdi. Bu görüşdən əvvəl Tramp və Zelenski arasında bir saata yaxın davam edən təkbətək söhbət olub.
Bundan başqa, Amerika lideri Rusiya Prezidenti Vladimir Putinə zəng edərək Ağ Evdə çoxtərəfli danışıqların gedişi barədə məlumat verib. Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Tramp və Putinin söhbəti təxminən 40 dəqiqə davam edib, onlar Moskva və Kiyev arasında birbaşa danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını və onların səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.
Ağ Evdəki danışıqlardan sonra ABŞ administrasiyasının rəhbəri Putin və Zelenski arasında yeri hələ müəyyən edilməmiş görüşə hazırlaşmağa başladığını bildirib. Tramp deyib ki, bu görüş baş tutandan sonra ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar davam edəcək.
“Görüş zamanı Ağ Evdə biz Ukrayna üçün müxtəlif Avropa ölkələri tərəfindən ABŞ ilə koordinasiyada təmin ediləcək təhlükəsizlik təminatlarını müzakirə etdik”, - Tramp “Truth social” hesabında yazıb.
ABŞ prezidenti bildirib ki, Rusiya və Ukrayna ilə koordinasiyanı vitse-prezident Cey Di Vens dövlət katibi Marko Rubio və xüsusi elçi Stiven Uitkoff həyata keçirir.
Tramp həmçinin böhranın həlli üçün Rusiya və Ukrayna arasında mümkün ərazi mübadiləsinin müzakirəsini istisna etməyib:
“Biz həmçinin mövcud təmas xəttini nəzərə alaraq mümkün ərazi mübadiləsini müzakirə etməliyik”.
Trampla danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri ilə ikitərəfli görüşə hazır olduğunu bildirib:
“Mən təsdiqlədim və Ağ Evdə olan bütün liderlər məni dəstəklədilər ki, biz Putinlə ikitərəfli görüşə hazırıq”, - deyə Zelenski Ağ Evdə keçirdiyi brifinqdə bildirib və əlavə edib ki, bu görüşdən sonra Trampın da iştirakı ilə üçtərəfli görüşə ümid edir. Zelenski qeyd edib ki, Rusiya ilə təmas üçün hələlik tarix yoxdur.
O, həmçinin Putinlə mümkün ikitərəfli görüşdə ərazi məsələsini gündəmə gətirmək istədiyini və növbəti danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcəyini bildirib.
Bundan əlavə, Zelenski əlavə edib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin 7-10 gün ərzində formalaşdırılması planlaşdırılır. O qeyd edib ki, təminatların üç əsas komponenti var: Ukrayna ordusunun silahlanması, müttəfiqlərin öhdəlikləri və Ukraynanın müdafiə sənayesi kompleksinin inkişafı.
O əlavə edib ki, təminatların necə olacağı, xüsusən də Ukraynaya xarici qoşunların yerləşdirilməsinin daxil olub-olmayacağı barədə danışmaq hələ tezdir.
Ağ Evdəki danışıqlardan sonra Kiyev Vaşinqtona ABŞ-dan 90 milyard dollar dəyərində silah, o cümlədən təyyarələr və hava hücumundan müdafiə sistemləri almağı təklif edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 19 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri