Ağ Ev: İranın nüvə təsisatlarını tamamilə dağıtmışıq
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“İranın nüvə təsisatları tamamilə dağıdılıb”.
APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Levit “ABC News” kanalına müsahibəsində deyib.
“Prezident Tramp radikal bir rejimin nüvə bombasına nail olmasına və xalqımızı təhdid etməsinə mane oldu. Onların artıq nüvə silahı yaratmaq və dünyanı təhdid etmək qabiliyyəti yoxdur. Biz tam əminik ki, hədəfə aldığımız yerlərdə İranın zənginləşdirilmiş uran ehtiyatı saxlanılırdı. Prezident Tramp nüvə münaqişəsinin qarşısını aldı”- Ağ Evin mətbuat katibi bildirib.
Karolin Levit həmçinin qeyd edib ki, İranın Hörmüz boğazını bağlaması onlar tərəfindən “axmaqlıq” olardı.
“Əgər iranlılar diplomatik həll yoluna qayıtmasalar, niyə İran xalqı getdikcə zorakılaşan bu hakimiyyəti dəyişməsin ki?”- deyə Levit əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 23 İyun 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















