Icma.az
close
up
RU
Ağ Ev media azadlığına qarşı: “Amerikanın Səsi” 83 ildə ilk dəfə susdu

Ağ Ev media azadlığına qarşı: “Amerikanın Səsi” 83 ildə ilk dəfə susdu

Ayna saytına istinadən Icma.az xəbər verir.

Amerika zəifləyəcək iddiası: “Düşmənlər bayram edir”

ABŞ Prezidenti Donald Trampın Qlobal Media Agentliyində (USAGM) iş yerlərinin ixtisar edilməsi haqqında sərəncam imzaladıqdan sonra “Amerikanın Səsi”nin 1300-dən çox əməkdaşı qeyri-müəyyən müddətə məzuniyyətə göndərilib. USAGM beş böyük Amerika media korporasiyasına nəzarət edirdi ki, bunların içərisində “Amerikanın Səsi”, “Azadlıq” Radiosu da var.

"83 ildə ilk dəfə olaraq əfsanəvi “Amerikanın Səsi” susdu", - deyə media qurumunun direktoru Maykl Abramoviç bildirib. Onun sözlərinə görə, media qurumunun rəhbərliyi islahatlar aparıb və müəyyən irəliləyişlər əldə edib: “Lakin ABŞ-ın yeni administrasiyasının hərəkətləri o deməkdir ki, Amerikanın İran, Çin və Rusiya kimi düşmənlərinin ABŞ-ı gözdən salmaq üçün yalan xəbərlər yaratmaq üçün milyardlarla dollar xərclədiyi bir şəraitdə “Amerikanın Səsi” öz həyati missiyasını daha yerinə yetirə bilməyəcək”.

Abramoviç əlavə edib ki, radiostansiyaya nəzarət edən agentlik “müəyyən formada sağ qalsa” belə, insident “Amerikanın Səsi”nin “diktatura altında yaşayanlara” “obyektiv və balanslı xəbərlər” çatdırmaqla “təhlükəsiz və azad dünya yaratmağa” kömək etmək qabiliyyətinə ciddi ziyan vuracaq.

Beynəlxalq jurnalist təşkilatları, o cümlədən Sərhədsiz Reportyorlar “Amerikanın Səsi”nin müdafiəsinə qalxıblar. Onlar vurğulayırlar ki, Trampın qərarı “dünyada mətbuat azadlığını təhdid edir və Amerikanın sərbəst informasiya axınını dəstəkləmək üçün 80 illik səylərini puça çıxarır”.

Bir gün əvvəl ABŞ Prezidenti 270 milyon dollarlıq büdcəsi olan yeddi federal qurumun, o cümlədən USAGM-nin “qeyri-qanuni komponentlərinin və funksiyalarının mümkün qədər aradan qaldırılmasını” əmr edib.

“Azadlıq” radiosunun rəhbəri və baş direktoru Stiven Kapus da vəziyyəti şərh edib.  Bildirib ki, “iranlı ayətullahlar, Çin kommunist liderləri və Moskva ilə Minskdəki avtokratlar 75 il sonra “Azadlıq” radiosunun süqutunu bayram kimi” qeyd edəcəklər: "Rəqiblərimizə qələbə qazandırmaq onları daha da gücləndirəcək, Amerikanı isə zəiflədəcək".

Ağ Ev “Amerikanın Səsi” ilə bağlı bir sıra iddialar irəli sürüb, o cümlədən radiostansiyanı jurnalist standartlarını pozmaqda və daim məsuliyyətdən yayınmaqda ittiham edib. Adminstrasiyadan qeyd edilib ki, 2020-ci ilin oktyabrında nəşr ABŞ-ın keçmiş Prezidenti Co Baydenin oğlu Hunter Baydenin noutbuku ilə bağlı qalmaqalda Rusiyanın mümkün rolu barədə məlumat yayıb. Tramp administrasiyası bunu “həqiqəti gizlətmək” cəhdi kimi qiymətləndirib. Ağ Ev həmçinin qeyd edib ki, “Amerikanın Səsi” rəhbərliyi işçilərindən “rəsmi bəyanatlara istinad edənlər istisna olmaqla” HƏMAS terrorçusu adlandırmamağı xahiş edib. Bundan əlavə, “Amerikanın Səsi”nin müxbirlərinin qərəzsizlik siyasətinə baxmayaraq, “X” sosial şəbəkəsindəki peşəkar hesablarında Tramp əleyhinə şərhlər dərc etmələri ABŞ-ın yeni hakimiyyət orqanlarının xoşuna gəlməyib. Prezidentin qərarını şərh edən Ağ Evdən bildirilib ki, amerikalı vergi ödəyiciləri artıq “radikal təbliğat çəngində olmayacaqlar”.

Tramp ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra iş adamı, “SpaceX”ın qurucusu və “X”ın sahibi İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentini (DOGE) yaradıb. Agentlik müxtəlif federal agentliklərdən on minlərlə əməkdaşın işdən çıxarılmasını nəzərdə tutan ABŞ hökumətində islahatlara başlayıb. Digər məsələlərlə yanaşı, Mask “Amerikanın Səsi” və “Azadlıq” radiosunu ləğv etməyi təklif edib. Onun iddiasına görə, bu media qurumlarına "artıq heç kim qulaq asmır". İş adamı radiostansiyaları “öz-özünə danışan çılğın solçu radikallarla” və “Amerika vergi ödəyicilərinin cibindən ildə bir milyard dollar oğurlayanlar”la müqayisə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://ayna.az
archiveBu xəbər 16 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri