Ağ Ev: Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp ərəb ölkələrinə müraciət edərək İrana qarşı müharibənin xərclərinin bir hissəsini qarşılamağı istəyə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Al Jazeera Ağ Evin mətbuat katibi Kerolayn Livittin açıqlamasına istinadən məlumat yayıb.
Livitt jurnalistlərin sualına cavabında bildirib ki, prezidentin belə bir ideyası var və bu məsələ ilə bağlı Trampın özü də sonradan danışa bilər.
Məlumata görə, Ağ Evdə bu variant 1990–1991-ci illərdəki “Səhrada tufan” əməliyyatı ilə müqayisə olunur.
Həmin vaxt Küveytin azad olunması üçün yaradılmış koalisiyanın xərclərinin bir hissəsini Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Almaniya və Yaponiya kimi ölkələr qarşılamışdı.
Reuters-in yazdığına görə, Pentaqon Konqresə ilk altı gündə İrana qarşı əməliyyatların ABŞ-a 11,3 milyard dollara başa gəldiyini bildirib.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesablamasına əsasən isə ilk 12 gündə bu rəqəm 16,5 milyard dollara çatıb.
Eyni zamanda, Tramp administrasiyası hərbi kampaniya və istifadə olunmuş sursat ehtiyatlarının bərpası üçün Konqresdən əlavə 200 milyard dollar ayırmağı xahiş edib.
Al Jazeera qeyd edir ki, ərəb ölkələrinin bu müharibənin maliyyələşdirilməsinə cəlb olunması ideyası regiondakı mürəkkəb vəziyyət fonunda gündəmə gəlib.
Çünki Fars körfəzi ölkələrinin özləri də İranın raket və dron hücumları, eləcə də enerji infrastrukturuna dəyən zərbələr səbəbindən ciddi iqtisadi zərərlə üzləşirlər.
Bu kontekstdə, məsələn, Qətərin enerji sektorunda böyük təmir xərclərindən danışıldığı da beynəlxalq mediada vurğulanır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 31 Mart 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















