Ağ Ev Trampın tədbirlərdə zirehli jilet geyinməsini müzakirə edir “Fox News”
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezident administrasiyası Donald Trampın ictimai tədbirlərdə gülləkeçirməz jilet geyinməsi ilə bağlı məsələni müzakirə etməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə bu cür müzakirələrə Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma hadisəsi səbəb olub.
Qeyd edək ki, aprelin 25-də prezidentin də iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib. Şahidlərin sözlərinə görə, zaldan kənarda atəş açılıb və bundan sonra Məxfi Xidmət əməkdaşları dərhal Trampı mühasirəyə alıblar. Birinci xanım Melaniya Tramp, vitse-prezident J.D. Vens və Ağ Evin mətbuat katibi Kerolin Levitt də hadisə yerindən təxliyə ediliblər.
Atışma nəticəsində bir Məxfi Xidmət zabiti yaralanıb. O, güllə keçirməyən jileti sayəsində sağ qalıb. Atışmanı törədənin 31 yaşlı Kol Tomas Allen olduğu müəyyən edilib.
Bu mövzuda digər xəbərlər:“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq
12 Noyabr 2026 02:16
Trampın gəlini Fox News da öz şousunu açacaq
06 Fevral 2025 13:19
Fox News : Avropa Trampın Ukrayna ilə bağlı mövqeyindən narahatdır
31 Oktyabr 2025 12:25
“Konqres Trampın daha bir addımını bloklaya bilər” “Fox News”
03 May 2026 13:47
“Tramp səhv edir”: Fox News efirdə qarşıdurmaya ev sahibliyi edir
13 Oktyabr 2026 19:50
Baxış sayı:105
Bu xəbər 27 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















