Ağ Ev yeni birinci xanımın rəsmi portretini yayımladı FOTO
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
Ağ Ev ABŞ-nin birinci xanımı Melaniya Trampın rəsmi portretini təqdim edib.
Teleqraf.com xəbər verir ki, foto Ağ Evin saytının əsas səhifəsində yerləşdirilib.
Şəkil birinci xanımın rəsmi sosial media hesablarında da yayımlanıb.
ABC-nin məlumatına görə, dərc olunan ağ-qara fotonu Ağ Evdə fotoqraf Rejin Maxo çəkib. Birinci xanımın ofisi fotonun yanvarın 21-də çəkildiyini açıqlayıb.
Ağ-qara fotoda Melaniya Tramp tünd işgüzar kostyumda və ağ köynəkdə, əllərini Oval Ofisdə masaya qoyarkən təsvir olunub. Arxa planda “Vaşinqton” abidəsi görünür.
Qeyd edilir ki, belçikalı fotoqraf Rejine Maxo 20 ildən artıqdır Tramp ailəsinin fotolarını çəkir. Maxo 2017-ci ildə Donald Trampın ABŞ prezidenti kimi ilk dövründə də Melaniya Trampın rəsmi portretini çəkmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 28 Yanvar 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















