Icma.az
close
up
RU
Ağ Evdə 3 saatlıq İran görüşü: Tramp razılaşma, İsrail hücum istəyir

Ağ Evdə 3 saatlıq İran görüşü: Tramp razılaşma, İsrail hücum istəyir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, İranın nüvə proqramı ilə bağlı mümkün sazişi qiymətləndirmək üçün Tehranla danışıqların davam etdirilməsinin vacib olduğunu vurğulayır.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündən sonra "Truth Social" platformasında açıqlama verib.

Tramp bildirib: "Mən Baş nazir Netanyahu və onun nümayəndələri ilə görüşümü başa vurdum. Heç bir konkret nəticə əldə etmədik, lakin mən İranla danışıqların davam etdirilməli olduğunu və sazişin əldə edilə biləcəyini yoxlamaq üçün təkid etdim. Baş nazirə bildirdim ki, əgər buna nail olmaq mümkün olsa, bu, daha yaxşı olar."

Qeyd edək ki, Trump ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.

Məlumata görə, görüşdə ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, həmçinin səfir Mayk Hakabi iştirak ediblər. İsrail nümayəndə heyətində isə ölkənin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk yer alıb.

İsrail mediasının məlumatına əsasən, tərəflər Vaşinqtonun Tehranla razılığa gələ bilməməsi ehtimalını müzakirə ediblər. Bildirilir ki, bu halda ABŞ və İsrail arasında birgə fəaliyyət planının hazırlanması variantı nəzərdən keçirilib. “Channel 12” telekanalının xəbərinə görə, hər iki tərəf İranla razılaşmanın əldə olunması perspektivinə ehtiyatla yanaşır.

Qərb mediası yazır ki, ABŞ administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğu gücləndirmək variantını da nəzərdən keçirir. Pentaqon "USS George H.W. Bush" aviadaşıyıcı zərbə qrupunun mümkün yerləşdirilməsi üçün hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib. Qərar qəbul edilərsə, bu qrup artıq regionda olan USS Abraham Lincoln aviadaşıyıcısına qoşula bilər.

Müşahidəçilər hesab edirlər ki, diplomatik danışıqlar fonunda paralel şəkildə hərbi hazırlıq səviyyəsinin artırılması Vaşinqtonun İran məsələsində təzyiq mexanizmlərini gücləndirməyə yönəlib. Regionda gərginliyin inkişafı isə qarşıdakı mərhələdə tərəflərin atacağı addımlardan asılı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Fevral 2026 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri