Ağ Evdə Baydenlə Tramp arasında görüş olacaq AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü Ağ Evdəki Oval kabinetdə yeni seçilmiş prezident Donald Trampla görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, görüş Şərq vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Amerika mətbuatı qeyd edib ki, vəzifədən gedən və gələn ABŞ liderləri arasında bu cür görüşlər ənənədir və hakimiyyətin bir prezidentdən digərinə sülh yolu ilə ötürülməsinin başlanğıcını qeyd etmək məqsədi daşıyır.
Lakin 2020-ci ildə seçkidə uduzan Tramp məğlubiyyətini etiraf etməyib və bu adətə məhəl qoymayıb. O, həmçinin Baydenin 2021-ci ildə andiçmə mərasimində iştirak etməyib.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Respublikaçı Donald Tramp Demokratlar Partiyasının namizədi Kamala Harris üzərində inamlı qələbə qazanıb. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-nə planlaşdırılıb.
Baxış sayı:126
Bu xəbər 13 Noyabr 2024 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















