Icma.az
close
up
RU
Ağ Evdə mühüm ABŞ Türkiyə danışıqları Ərdoğan və Trampın gündəmində hansı mövzular var?

Ağ Evdə mühüm ABŞ Türkiyə danışıqları Ərdoğan və Trampın gündəmində hansı mövzular var?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə bir araya gələcək. 

“AzPolitika” xəbər verir ki, bu, Ərdoğanın ikinci prezidentlik dönəmində Trampla ikinci üz-üzə görüşü olacaq.

Rəsmi gündəmdə “Boeing” sərnişin təyyarələrinin satışı, F-16 müqaviləsi və F-35 proqramı ilə bağlı müzakirələr yer alır. Bundan başqa, Suriya və Qəzza məsələlərinin də masaya qoyulacağı gözlənilir. 

Mətbuatda yayılan məlumatlara görə, Əskişəhərdəki Beylikova yataqlarında kəşf edilən nadir torpaq elementləri də iki liderin gündəminə daxil ola bilər.

Türkiyənin əsas istəklərindən biri F-35 proqramına geri dönüş yolunun açılmasıdır. Xatırladaq ki, Ankara 2017-ci ildə Rusiyadan S-400 sistemi aldığına görə CAATSA sanksiyalarına məruz qalmış və istehsalçılarından biri olduğu F-35 proqramından çıxarılmışdı.

Daha sonra Türkiyə 40 ədəd F-16 Blok 70 almaq üçün ABŞ-yə 1,4 milyard dollar ödəyib. İndi isə əlavə F-16 sifarişlərinin gündəmdə olduğu, hətta F-35 ilə bağlı irəliləyiş əldə olunarsa, mövcud sifarişlərin F-35-lərə çevrilə biləcəyi ehtimalı irəli sürülür.

Lakin ekspertlər S-400-lər Türkiyədə qaldıqca F-35-lərin verilməyəcəyini bildirirlər. ABŞ səfirinin müsbət açıqlamalarına baxmayaraq, Dövlət Departamenti bu məsələdə mövqenin dəyişmədiyini açıqlayıb. Üstəlik, F-35-lərə sahib olan İsrail və Yunanıstan da Türkiyənin bu qırıcıları əldə etməsini istəmir.

Görüşdə “Boeing” sərnişin təyyarələrinin satışı da əsas gündəm mövzularından olacaq. Türk Hava Yolları rəhbəri Ahmet Bolat ABŞ ilə 250 təyyarəlik müqavilənin gündəmdə olduğunu açıqlayıb. 

Hər iki liderin mesajlarında yer almasa da, Suriya məsələsinin müzakirə olunacağına şübhə yoxdur. Ankara PYD/YPG qüvvələrinin silahı buraxaraq Suriya ordusuna qatılmasını istəyir. ABŞ-nin isə bu məsələdə qeyri-müəyyən mövqeyi var. Analitiklər Tramp-Ərdoğan görüşündə bu mövzuda ciddi müzakirələrin aparılacağını istisna etmirlər.

Qəzza məsələsində isə ortaq nöqtə tapmaq daha çətin görünür. ABŞ-nin İsrail yönümlü siyasətində yaxın gələcəkdə dəyişiklik gözlənilmir.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri