“Ağ Evdə Ukraynanın ləyaqətini qoruyurdum” Zelenski Tramp və Venslə mübahisəsindən danışdı
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ötən ay Oval kabinetdə keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə mübahisə edərkən Ukraynanın şərəfini müdafiə etdiyini bildirib.
“AzPolitika” xəbər verir ki, “Time" jurnalına müsahibəsində Zelenski Ağ Evdə Tramp və Venslə mübahisəsinə dair sualı cavablandırarkən, həmin vaxt Ukraynanın şərəfini qorumağa borclu olduğunu deyib: “Niyə ukraynalılar bu müharibənin əvvəlində özlərini müdafiə etdilər? Bu, ləyaqətdən irəli gəlirdi. Biz özümüzü hansısa fövqəldövlət hesab etmirik... Ləyaqət, azadlıq, demokratiya hisslərimizə gəlincə, xalqımız ayağa qalxır və birləşir... Həmin söhbətdə mən Ukraynanın ləyaqətini müdafiə etdim".
Prezident vurğulayıb ki, ukraynalılar “öz ləyaqətinə, azadlığına və demokratiyasına gəldikdə çox emosionaldırlar”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 25 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















