Icma.az
close
up
RU
Ağ Evdə YENİ PLAN: “Tramp yaxın vaxtlarda Baydenlə bağlı ciddi addımlar ata bilər” Nə baş verir? KONKRET

Ağ Evdə YENİ PLAN: “Tramp yaxın vaxtlarda Baydenlə bağlı ciddi addımlar ata bilər” Nə baş verir? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baydenə məğlub olduğu 2020-ci il seçkilərinin saxtalaşdırıldığı iddia edən Tramp, “bu qanunsuzluğa əl atanlar həbs olunmalıdır” deməklə gündəmi bir-birinə qatıb. Bəs görəsən, onun bu açıqlamasında həqiqət payı nə qədərdir? Məsələnin araşdırılması və Baydenin həbs olunması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirir ki, Trampın iddiaları onun daha geniş siyasi strategiyası və mesajlaşmasının bir hissəsi kimi qəbul edilə bilər:

“Bu da hazırki administrasiyanı mənfi qələmə verərkən baza toplamaq məqsədi daşıyır. Tramp qanundan sui-istifadə haqqında danışan və tam cavabdehliyə çağıran emosional ifadələrdən istifadə edir. Bu cür ritolika onun korrupsiyalaşmış quruluşa qarşı mübarizə aparmaq barədə prosesi gücləndirdiyini göstərmək üçün nəzərdə tutulub.”

Politoloq qeyd edir ki, bu iddia özündə ciddi araşdırma və hüquqi yoxlamanı ehtiva edir:

“Təbii ki, Tramp hakimiyyətdədir. Hakimiyyətə gəlməmişdən bir ay əvvəl bu cür iddialar səsləndirilirdi. Qanundan sui-istifadə iddiaları ciddi olsa da, məsuliyyətə çağırılsa da, onlar ciddi şəkildə araşdırılmalıdır. Yəni bunlar məhkəmə hakimiyyətinin verəcəyi qərarlardan asılı olacaq”.

Politoloq Aytən Qurbanova saytımıza açıqlamasında bildirib ki, Trampın Baydenə qarşı aqressiyası yeni yanaşma deyil. Hətta seçkiqabağı kampaniya dövründə də belə ittihamların tez-tez səsləndirildiyini aydın şəkildə müşahidə etmək mümkün idi:

“Ona görə də, Trampın bu mövqeyi təəccüblə qarşılanmır. Xüsusilə də, ilk gündən etibarən sələfinin bir çox qərarlarını ləğv edən Trampın növbəti addım olaraq hüquq müstəvidə hücuma keçə biləcəyi ehtimalı da hər zaman mümkün olub. Düşünürəm ki, indiki məqamda həm ilk seçkilər dövründən qalan məsələlərin həll edilməsi, həm də Bayden administrasiyanın fəaliyyəti dövründə qəbul edilmiş qanunsuz qərarların ifşası Trampın əsas hədəflərindən biri olmaqla onun üçün prinsipial əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, yaxın günlərdə proses ilə bağlı yeni qalmaqallı açıqlamaların və ya real addımların şahidi ola bilərik”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Mart 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see209

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see206

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see186

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see176

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see159

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see153

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see132

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri