Icma.az
close
up
RU
Ağ Evdəki “duel” və Ağdərəyə QAYIDIŞ

Ağ Evdəki “duel” və Ağdərəyə QAYIDIŞ

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

2025-ci ilin üçüncü ayının üçüncü gününü yaşayırıq. İllərin sürətlə keçdiyi bir dönəmdə ayların, günlərin saatların sürəti haqda danışmağa dəyməz. Amma bu “sürət əsri”ndə yazılan yeni tarix dərsliyindən diqqətimizi ayırmamalıyıq.
Düzdür, bəşəriyyətin taleyi cəhətdən Rusiya-Ukrayna savaşının dayandırılması, ədalətin təmin olunması çox önəmli məsələdir, bu mənada Tramp-Zelenski “dueli”nə dünyəvi maraq təbiidir. Həmçinin Avropa liderlərinin Ukraynanı xilas masasından gözləntilər də məntiqlidir. Baxmayaraq ki, bir ölkəni, bir xalqı xilas üçün zamanında gərəkənlər edilsəydi, indiki seytnot vəziyyət yaranmazdı.

Qlobal məsələlər fonunda ölkəmizə qayıtmaqda fayda var. Elə ordan başlayaq ki… Şükranlıqdan! Nə yaxşı ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, böyük qələbə qazandı. Təkbaşına, kimsənin minnətini götürmədən. Baxın, Ukraynanın əraziləri işğalda, əhalisinin böyük hissəsi didərgin, fəlakət içində, hələ əsir və itkinlərin dəqiq statistikası belə yoxdur. Amma Amerika rəhbərliyi Zelenskinin sinəsinə çöküb ki, biz sənə yüz milyardlar vermişik, tələblərimizə əməl elə! Heç olmasa müharibə bitsə, Ukraynanın yaraları qaysaqlansaydı, o halda bəlkə də belə ritorika adi qarşılanardı. Amma…Ukrayna bilmir Rusiyanın təcavüzünə qarşı mübarizə aparsın, yoxsa Ağ Evə “gəlir deklorasiyası” təqdim etsin. Həm də ortada deyildiyi qədər pul da yoxdur, kimin zavalına gəlib, bilinmir.
Azərbaycan 1992-ci ilin payızında ABŞ-dən namərdlik gördü, üçrəqəmli - “907” - sanksiya qəbul olunanda.

Ona görə də qəti təəccüblənmirik. O zaman cəmi bir yaşı olan Azərbaycan Respublikası özünün ərazi bütövlüyünü Ermənistanın və himayədarlarının təcavüzündən xilas etmək üçün mübarizə apararkən ABŞ Konqresi ölkəmizə - təcavüzə məruz qalmış gənc ölkəyə qarşı sanksiya qərarı verdi, bugünədək başımızın üstündə saxlayıblar. Özü də Azərbaycan ordusunun Ağdərəni erməni işğalından və terrorundan azad etməsinə “cavab” olaraq.

Və…Elə bu gün azad Ağdərə rayonunun Həsənriz kəndinə ilk köç karvanı yola salınıb! Növbəti tarix! Kəndə 25 ailə - 91 nəfər köçürülüb.

Bir qərinə (!)ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr öz yurdlarına qayıtdılar! Buna Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti nail oldu!

Böyük Qayıdış ilboyu davam edəcək, 2026-cı ildə 140 min nəfərin Qarabağa və Şərqi Zəngəzura qayıdışı planlaşdırılır. 1 milyon qaçqın və köçkünü olan Azərbaycanla on illiklər ərzində necə davrandılar, hər kəsə bəllidir. Aparılan saysız-hesabsız danışıqlarda o qədər təzyiqlər oldu ki...

Həmin ABŞ-nin Bakıdakı diplomatlarından biri yenicə gələr-gəlməz demişdi ki, Azərbaycan reallıqları qəbul etməlidir. Bax, Zelenskiyə bu gün dediklərini o zaman Azərbaycan rəhbərliyinə də deyirdilər, hətta xalqı “sülhə hazırlamadığına” görə qınağa da məruz qoyurdular. Bunun adı təslimçi sülh idi. Prezident İlham Əliyev qapalı görüşlərin detallarını açmasa da, bəzən ayrı-ayrı görüşlərdə görünməmiş təzyiqlərin olduğunu vurğulayırdı. Lakin bütün təzyiqlərə sinə gərdi, nəticədə Azərbaycan yeni reallıq yaratdı! Bir anlıq təsəvvür edin ki, Ağ Evdəki müzakirə Rusiya-Ukrayna yox, Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunardı… İraq olsun, deyək. Necə ki, bütün təhdidlər, təhlükələr iraq oldu dövlətimizin, dövlət başçımızın sayəsində!
İndi bir çoxları Zelenskinin və digərlərinin Əliyevdən öyrənməli olduğu mətləblərdən yazır. Avropalı liderlər əvvəlki illərdə etiraflar da ediblər, hətta İlham Əliyevin telefon nömrəsini öyrənməyə çalışdıqlarını da bildiriblər. Nəyi, nə zaman etmək lazım olduğunu bilən lider torpaqlarını azad etmək, ölkəsinin suverenliyini bərpa etmək üçün ən uyğun zamanı seçdi və qalib gəldi. Ukraynanın durumu 90-cı illərin Azərbaycanına çox bənzəyir. Bəlkə də Ukrayna prezidenti 1994-cü ildə Azərbaycanın imzaladığı “Əsrin müqaviləsi”ni imzalasaydı, ölkənin 26 trilyonluq minerelları ilə bağlı maraq dünyasını təmin etməklə, taym-aut götürüb, ordusunu gücləndirsə və Avropanın öhdəliklərinə əməl etməsi halında Rusiyanı sanksiyalarla üz-üzə qalması halında yenidən toparlansa, daha doğru yol seçmiş olardı.

Əks halda, çeçen mücahidlərinin 90-cı illərdəki mübarizəsini təkrarlamaq və tarixdə sadəcə cəsur prezident obrazında qalmaq…
Azərbaycan dövləti uzun illər gözlədi, səbr etdi, Qərb paytaxtlarının, Rusiyanın, İranın ərazilərimizdə təmin olunan maraqlarına da təmkinlə dözdü, ən uyğun zamanı gözlədi və bütün planları pozdu. Yaratdığı reallığı hələ də qəbul etməyənlər var. Amma özləri bilər, tarix yazılıb, yazıya pozu yoxdur!
Budur, Ermənistan rəhbərliyi öz xalqını “real Ermənistan”a hazırlayır, həm də narahatdır gələcəyə görə, ölkəsinə “kadastr sənədi” almaq üçün cəhdlər göstərir.
Ağdərəyə qayıdış həm də Ağ Evdəkilərin 90-cı ildə yürütdüyü anti-Azərbaycan siyasətinə möhtəşəm cavabdır. “907”ni yenidən dirildən bayden-maydenlər utansınlar! Bir azdan Ağdama, 100 minlik şəhərə də qayıdacağıq, ədalət və demokratiya nağıllarını uydurub, “ağ eləyənlər”in acığına daha böyük hədəflərə imza atacağıq!

Bakıda qurulan Ədalət Məhkəməsini yana-yana izləyən yanlar və onların yandaşlarının tüstüsü təpələrindən çıxır. Amma bu reallığı Azərbaycan dövləti, onun Lideri yaratdı. Kim təsəvvür edə bilərdi ki, dünyanın aparıcı paytaxtlarından idarə olunan hay separatizminin başçıları günün birində Bakıda mühakimə olunacaqlar?
Böyük Qələbəyə və Böyük Qayıdışa, Böyük Ədalət Məhkəməsinə aparan yola, siyasətə alqış!
P.S. 
Yazını bitirəndə iki xəbər diqqətimi çəkdi. 44 günlük müharibədə “Gəncənin vurulması əmrini mən vermişəm”, desə də, Bakıdakı Ədalət Məhkəməsində bunu danan Arayik Arutyunyan bu gün sərbəst ifadə verəcək.

İkinci xəbər isə… Azərbaycanda səfərdə olan Qazaxıstanın baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib. Dövlət protokolumuzun daha bir mübarək səhifəsi!

Ukrayna prezidentini kostyum geyinmədiyinə görə linç edənlər bu mənzərəyə baxıb, nə düşünürlər? Təxmin edirik…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri