Icma.az
close
up
RU
Ağ Evdən Kremlə qarşı sərt ritorika “Tramp administrasiyası mövqeyini kəskin dəyişib”

Ağ Evdən Kremlə qarşı sərt ritorika “Tramp administrasiyası mövqeyini kəskin dəyişib”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ, Kanadanın Banff şəhərində keçirilən G7 maliyyə nazirlərinin sammitindən sonra birgə kommünikedə gözlənilmədən “Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini” pisləyərək Ukraynadakı müharibə ilə bağlı mövqeyini kəskin şəkildə dəyişib.

“AzPolitika” xəbər verir ki, bu barədə yazan “The Telegraph”-ın bildirdiyinə görə, bu bəyanat əvvəllər müharibəyə görə birbaşa məsuliyyəti Moskvanın üzərinə yıxmaqdan yayınan Donald Tramp administrasiyasının siyasətində əhəmiyyətli dəyişiklikləri göstərir.

ABŞ-nin maliyyə naziri Skott Bessent də daxil olmaqla, G7-nin maliyyə nazirləri tərəfindən dəstəklənən bəyanatda deyilir: “Rusiyanın Ukraynaya qarşı davam edən amansız müharibəsini pisləyirik və Ukrayna xalqının və iqtisadiyyatının böyük müqavimətinə hörmətimizi bildiririk”.

Nəşrin yazdığı kimi, Ağ Ev Trampın seçilməsindən sonra ilk dəfədir ki, əvvəllər ABŞ-nin Avropadakı müttəfiqlərini xarakterizə edən ritorikanı qəbul edib. Sənəddə həmçinin qeyd edilir ki, “Böyük Yeddilik Ukraynanın ərazi bütövlüyünü və mövcudluq hüququnu, habelə ədalətli və davamlı sülhə gedən yolda azadlığını, suverenliyini və müstəqilliyini müdafiə etməkdə ona sarsılmaz dəstək verməyə sadiqdir”.

Bu mövqe Vaşinqtonun müharibəni “böhran” adlandıran və Kiyevdən Moskvaya ərazi güzəştlərini nəzərdə tutan sülh planını özündə əks etdirən əvvəlki bəyanatlarından tamamilə fərqlidir.

Qəzet yazır ki, son həftələrdə ABŞ-nin vasitəçiliyinə inamını getdikcə itirən Avropalı müttəfiqlər bu dəyişiklikdən məmnundurlar: “Vaşinqtondan gələn yeni siqnal G7 ölkələrinin sanksiyalar təzyiqi ilə bağlı ümumi vədi ilə gücləndirilir. Kreml atəşkəsi gecikdirməkdə davam edərsə, ölkələr əlavə məhdudiyyətləri nəzərdən keçirəcəklərinə söz veriblər. Kommünikedə deyilir ki, “Əgər atəşkəs razılaşdırılmasa, biz bütün mümkün variantları, o cümlədən sanksiyaları daha da gücləndirmək kimi təzyiqi maksimuma çatdırmaq variantlarını araşdırmağa davam edəcəyik”.

Qeyd edək ki, bundan öncə Qərb mətbuatı Ağ Evdəki mənbələrə istinadla Dövlət katibi Marko Rubionun Rusiyaya qarşı kəskin addımların, o cümlədən sərt sanksiyaların qəbuluna çalışdığını, lakin hələlik Donald Trampın bunun əleyhinə olduğunu yazıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 May 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri