Icma.az
close
up
RU
Ağ Evdən sərt mesaj: Tramp 32 ölkəni hədəfə aldı Cavab isə...

Ağ Evdən sərt mesaj: Tramp 32 ölkəni hədəfə aldı Cavab isə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində NATO ölkələrinə çağırış edib. O bildirib ki, Alyansa üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında Vaşinqtona kömək etməsələr, onları çox pis gələcək gözləyir.

NATO-nun susqunluğunun səbəbi nədir? Alyans niyə İran məsələsinə müdaxilə etmir?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, NATO-nun səssizliyi passivlik deyil, hüquqi və siyasi məhdudiyyətlərlə bağlıdır:

“NATO kollektiv müdafiə alyansıdır. Onun əsas prinsipi olan 5-ci maddə yalnız üzv ölkəyə hücum olanda işə düşür. İran isə NATO üzvü deyil və Hörmüz boğazı ətrafındakı gərginlik birbaşa NATO ölkəsinə hücum sayılmır. Digər tərəfdən, nəinki ABŞ, başqa üzv ölkələr istəsə belə NATO prosseslərə avtomatik qoşulmur. ABŞ liderlərinin çağırışına rəğmən, NATO qərarları konsensusla verilir. Yəni bütün üzv ölkələr razı olmalıdır. Bir neçə ölkə tərəddüd etsə, NATO kollektiv addım atmır”.

Anar İsayev

Ekspert qeyd edib ki, bir çox Avropa dövlətləri İranla birbaşa müharibə riskini istəmir:

“Onlar öz enerji və ticarət maraqlarını qorumağa çalışırlar. Həmçinin Rusiya-Ukrayna müharibəsi  Avropa dövlətlərini kifayət qədər məşğul edir. Buna görə də Yaxın Şərqdə yeni genişmiqyaslı münaqişədən çəkinirlər. Məsələn, Almaniya, Fransa kimi ölkələr adətən diplomatik həllə üstünlük verir. Həmçinin NATO və ABŞ-ın maraqları həmişə üst-üstə düşmür. Hər üzv ölkənin öz milli maraqları var. ABŞ daha sərt mövqe tutanda belə, digər üzvlər bunu riskli hesab edə bilər.

Eyni zamanda, İran həqiqətən də regionda güclü hərbi və siyasi aktordur. Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı qlobal neft ticarətinin kritik nöqtəsidir. Burada hər hansı hərbi müdaxilə dünya iqtisadiyyatına çox ciddi təsir edə bilər. Yekun olaraq, NATO-nun səssizliyi hüquqi mandatın olmaması, üzvlər arasında fikir ayrılığı və qlobal müharibə riskindən çəkinmə ilə bağlıdır”.

Qeyd edək ki, hazırda NATO-nun 32 üzv ölkəsi var.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri