Icma.az
close
up
RU
Ağ Evin ikinci qonağının da Trampdan istəkləri var Politoloq

Ağ Evin ikinci qonağının da Trampdan istəkləri var Politoloq

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yaponiyanın baş naziri Siqeru İsiba israilli həmkarı Benyamin Netanyahudan sonra Ağ Evdə qəbul olunan ikinci rəsmi şəxs olub. Siqeru İsiba ölkəsinin ABŞ Prezidenti Donald Trampın hədəfinə gəlmədən onunla görüşüb, müzakirə aparmağa qərar verib".

Redaktor.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib. 

"Donald Tarmp seçkidən əvvəl və sonra müxtəlif dövlətləri yüksək tariflərlə hədələsə də, hələ ki, Yaponiyanın ünvanına heç nə deməyib. Misal üçün Tramp Pekini ona görə tənqid edir və yüksək tariflərlə hədələyir ki, Çin ABŞ-la ticarətdə balansı öz xeyrinə pozub. Yaponiya da 2024-cü ildə ABŞ-la ticarətdə 56 milyard dollar müsbət ticarət balansına malikdir. Ancaq Çindən fərqli olaraq Yaponiya ABŞ-ın strateji müttəfidir. Buna baxmayaraq, Tramp müttəfiqləri də hədəf almaqdan çəkinmir. Ona görə də Siqeru İsiba Trampı qəzəbləndirrməməyə qərar verib. Donald Tramp Prezidentliyinin birinci dönəmində Yaponiyanın avtomobillərinə və poladına 25 faizlik rüsumlar tətbiq etmişdi. Bundan sonra Yaponiya ABŞ-dan ixrac etdiyi kənd təssərrüfatı məhsullarına rüsumları aşağı saldı və bunun hesabına Vaşinqtonla Tokio arasında ticarət müharibəsinin qarşısı alındı.

Siqeru İsiba Vaşinqtona getmədən əvvəl hökumət üzvləri ilə Tokionun ABŞ-la bağlı yeni strategiyasını müəyyənləşdirib. Yaponiyanın baş naziri amerikalı rəsmilərin diqqətinə çatdırıb ki, ölkəsi 5 ildir ABŞ-ın əsas xarici investorudur. Yaponiyanın “SoftBank Group” telekommunikasiya nəhəngi yaxın 4 ildə ABŞ-a 100 milyard dollar yatırım qoymağı planlaşdırıb. Bundan başqa “Japan Times” nəşrinin məlumatına görə, Yaponiya ABŞ-dan sıxılmış qaz ixracatını artıracaq. Digər tərəfdən Siqeru İsiba Alyaska üzərindən qa boru xəttinin tikintisinə 44 milyard dollar yatırım qoymağa hazır olduğunu da bildirib. Tokio ABŞ-ın Yaponiyadakı hərbi bazalarının maliyyəsini artıracaq. Tokio bütün bu addımları ona görə atmağa hazırdır ki, Ağ Evin yeni sahibi Yaponiya ilə strateji tərəfdaşlıqdan imtina etməsin. Yaponiyanın ABŞ-ın müttəfiqliyinə ehtiyacı var.

Birincisi, Tokio Vaşinqtonun Hind və Sakit Okean bölgəsində hərbi fəallığını azaltmamasını istəyir. Əks halda, Çin bölgədə hərbi gücünü artırmaqla boşluğu doldurmağa çalışacaq ki, bu Yaponiyanın təhlükəsizlik maraqlarına ziddir. Bölgədə son zamanlar Çinlə Rusiyanın birgə hərbi təlimləri artıb. Çinin hərbi gəmiləri Yaponiya sularına daxil olur, adalarına yaxınlaşırlar. Yaponiya təkbaşına bunun qarşısını ala bilməyəcək.

İkincisi, Yaponiya ABŞ-la siyasi və hərbi ittifaqın davam etməsini istəyir. Tokio ABŞ-ın Tayvan adasının müdafiəsindən imtina etməyəcəyiə əmin olmaq istəyir. Tokioda hesab edirlər ki, Çin Tayvan adasını nəzarətə götürərsə, Pekin bölgədəki hədəflərini böyüdəcək. Tramp Yaponiya baş nazirinin narahatlığını dinləsə də, Tayvanla bağlı siyasətini hələ müəyyənləşdirməyib. Tramp Çinlə hərbi qarşıdurma istəmir. Buna baxmayaraq, Tramp Çin lideri Si Cinpinin “Tayvan Çinin olacaq” yanaşmasına hansısa şəkildə reaksiya verməli olacaq. Öz növbəsində Pekin Trampın başının daxili məsələlərə qarışdığını müşahidə edərək Tayvan ətrafında hərbi varlığını artırmağa çalışır. Təsadüfi deyil ki, Tayvanın hava sahəsində Çinə məxsus kəşfiyyat şarlarının sayı artıb. Hava şarlarıyla yanaşı Tayvan yaxınlığında uçan Çin hərbi təyyarələri, ada ətrafında üzən döyüş gəmiləri də müşahidə edilir. Hazırda bu vəziyyət Vaşinqtondan çox Tokionu narahat edir. Ona görə də Yaponiya baş naziri ABŞ Prezidentinin bölgəyə diqqəti artırmasını arzulayır", - deyə o, bildirib. 

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri