Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Ağ Evin İranla bağlı gizli hədəfi: Çin izləyir, Rusiya qazanır

Ağ Evin İranla bağlı gizli hədəfi: Çin izləyir, Rusiya qazanır

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-İsrail-İran qarşıdurmasının hazırkı mərhələsi regional münaqişə çərçivəsindən çıxaraq çoxqütblü geosiyasi toqquşma modelinə transformasiya olunur. Proseslərin dinamikası göstərir ki, artıq söhbət yalnız üç aktor arasında hərbi qarşıdurmadan deyil, eyni zamanda qlobal güclər arasında dolayı rəqabətin yeni fazasından gedir.

Müharibənin yeni fazası: coğrafiyanın genişlənməsi və risklərin artması
Son hadisələr, xüsusilə enerji infrastrukturlarına zərbələr  münaqişənin strateji xarakter aldığını göstərir. Enerji hədəflərinin vurulması təsadüfi deyil. Bu, qlobal iqtisadi sistemin “sinir nöqtələrinə” yönəlmiş planlı təzyiq mexanizmidir. Bu tendensiya davam edərsə, Yaxın Şərqlə məhdudlaşmayan, Avropa və Asiyanı da əhatə edən genişmiqyaslı iqtisadi və təhlükəsizlik böhranı qaçılmaz ola bilər.
İranın qonşu ölkələrin ərazilərini dolayı hədəfə çevirməsi isə münaqişənin coğrafiyasını genişləndirən əsas faktordur. Bu strategiya qısamüddətli taktiki üstünlük versə də, uzunmüddətli perspektivdə Tehranın əleyhinə işləyir. Ər-Riyadda keçirilən çoxtərəfli görüşdə region ölkələrinin vahid mövqedən çıxış etməsi faktiki olaraq İran əleyhinə regional konsensusun formalaşdığını göstərir. Bu isə gələcəkdə anti-İran koalisiyasının institusional çərçivə qazanması ehtimalını artırır.

İranın strategiyası: eskalasiya yolu ilə təzyiq
Tehranın “gərginliyi artıraraq qlobal təsir yaratmaq” strategiyası bir neçə məqsədə xidmət edir: enerji qiymətlərini yüksəltməklə Qərb daxilində fikir ayrılığı yaratmaq; Avropanı ABŞ siyasətindən uzaqlaşdırmaq; müharibəni regional yox, qlobal problemə çevirmək. Lakin bu yanaşmanın riskləri daha böyükdür. İran artıq hərbi, iqtisadi və siyasi baxımdan çoxşaxəli təzyiqlə üz-üzədir. Strateji infrastrukturun zədələnməsi, maliyyə resurslarının tükənməsi və daxili idarəetmə problemləri ölkəni sistem böhranına sürükləyir. Müharibənin İran ərazisində getməsi isə bu təzyiqi daha da dərinləşdirir.

ABŞ və İsrailin məqsədləri: nəzarət və nəticə əldə etmək
ABŞ və İsrail üçün əsas prioritetlər aşağıdakılardır: İranın hərbi və nüvə potensialını zəiflətmək; Hörmüz boğazı və enerji marşrutları üzərində nəzarəti gücləndirmək; Tehranda idarəetmə böhranını dərinləşdirmək. Vaşinqtonun bölgəyə əlavə qüvvələr göndərmək planları göstərir ki, müharibə “uzaqdan idarə olunan” mərhələdən daha aktiv hərbi iştirak fazasına keçə bilər. Lakin bu, ciddi siyasi risklər yaradır. ABŞ daxilində müharibəyə dəstəyin zəif olması və uzunmüddətli quru əməliyyatlarının qeyri-müəyyən nəticələri Vaşinqtonu ehtiyatlı davranmağa məcbur edir. Eyni zamanda, İran rəhbərliyinin hədəfə çevrilməsi strategiyası klassik “rejim dəyişdirmə” ssenarisinin elementlərini xatırladır. Bu isə regionda daha böyük qeyri-sabitlik riskini artırır.

Region ölkələri: koordinasiya və çəkindirmə siyasəti
Yaxın Şərq və ətraf region ölkələri artıq passiv müşahidəçi deyil. Ər-Riyad görüşü göstərdi ki, region ölkələri təhlükəsizlik məsələlərində koordinasiyaya başlayır. Çünki enerji və suverenlik məsələləri “qırmızı xətt” kimi müəyyən olunur. Bu da İranın  hərəkətlərinə qarşı kollektiv reaksiya formalaşdırır. 

Avropa: enerji və təhlükəsizlik dilemması
Avropa ikili təzyiq altındadır. Bir yandan enerji qiymətlərinin artması iqtisadi sabitliyi pozur. Digər tərəfdən isə Rusiya faktorunun güclənməsi strateji risk yaradır.
İran müharibəsi Ukrayna müharibəsini kölgədə qoyaraq Avropanın resurslarını bölür. Bu isə Rusiyanın mövqelərini gücləndirir. Nəticədə Avropa ABŞ-la açıq qarşıdurmaya getməsə də, prosesə daha praqmatik və selektiv yanaşmağa başlayır.

Çin və Rusiya: dolayı qazananlar
Mövcud vəziyyətdə ən böyük geosiyasi dividendləri əldə edən tərəflərdən biri Rusiyadır. Kreml enerji qiymətlərinin artması iqtisadi gəlirləri artırır və diqqətin Ukraynadan yayınması hərbi üstünlük yaradır.
Çin isə daha strateji mövqe tutur. Belə ki, ABŞ resurslarının Yaxın Şərqə yönəlməsi Pekin üçün fürsət yaradır. Pekin iran müharibəsindən Tayvan məsələsində özü üçün  hərbi dərslər çıxarır. Odur ki, Pekin Vaşinqtonun resurs tükənməsi diqqətlə izləyir.

Nəticədə isə proseslər idarəolunan xaosdan sistem böhranına qədəm qoyur
Mövcud proseslər göstərir ki, münaqişə artıq “idarəolunan eskalasiya” mərhələsindən çıxaraq sistem böhranına yaxınlaşır. Əgər diplomatik müdaxilə baş verməzsə, aşağıdakı ssenarilər real ola bilər. Regionlararası müharibəyə keçid; qlobal enerji və iqtisadi böhran, yeni hərbi-siyasi blokların formalaşması, bəzi dövlətlərdə daxili çöküş və ya rejim dəyişikliyi. Ən çox itirən tərəfin İran olması ehtimalı yüksəkdir. Lakin bu müharibənin qalibi də olmayacaq. Çünki proseslər yalnız bir ölkənin deyil, bütövlükdə beynəlxalq sistemin sabitliyini sarsıdır.
Bu qarşıdurma artıq təkcə Yaxın Şərqin deyil, yeni dünya nizamının necə formalaşacağını müəyyən edən əsas geosiyasi testə çevrilib.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Mart 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see266

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see261

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see237

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see235

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see220

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see218

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see212

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see211

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see211

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see209

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see206

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see205

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see204

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see203

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see183

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see176

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see174

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri