Ağ Evin sözçüsü analıq məzuniyyətinə çıxır: Prezidentin nömrəsi hamınızda var
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağ Evin sözçüsü Karolin Levitt ikinci övladının doğulması ərəfəsində analıq məzuniyyətinə çıxır.
Qaynarinfo xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
"Şəxsi həyatımla bağlı danışsam, böyük ehtimalla bu, bir müddət üçün sonuncu mətbuat konfransım olacaq. Gördüyünüz kimi, doğuşa çox az qalıb. Sizi tezliklə yenidən görəcəyəm. Əminəm ki, siz burada, Ağ Evdə komandamın etibarlı əllərində olacaqsınız. Və bilirəm ki, hamınızın prezidentin şəxsi telefon nömrəsi var", deyə o zarafat edib.
Administrasiya hələlik Levittin rəsmi əvəzçisinin adını açıqlamır. Gözlənilir ki, brifinqləri vaxtaşırı vitse-prezident Cey Di Vens kimi yüksək vəzifəli şəxslər aparacaq. Sözçünün məzuniyyət müddəti də hələ məlum deyil.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 Aprel 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















