Ağ qorillaya oxşayırlar Plastik əməliyyatlılardan DANIŞDI
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatlarla bağlı açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində bəzi qadınların estetik müdaxilələrdən sonra oxşar görkəmə düşdüyünü bildirib. O, qeyd edib ki, plastik əməliyyatların əleyhinə deyil, lakin təbiiliyin qorunmasının tərəfdarıdır.
Məhərrəmli açıqlamasında bildirib ki, son vaxtlar həddindən artıq estetik dəyişikliklər nəticəsində insanların bir-birinə bənzədiyini müşahidə edir:
"Yeni tendensiya başlayıb: yanaq həddindən artıq şişir, qəmzə çox dərin edilir, dişlər isə qeyri-təbii görünür. Bir yerdə oturmuşdum, yan masada 5-6 xanım vardı, hamısı bir-birinə bənzəyirdi. O mənzərəni bir daha görmək istəmirəm. Mən plastik əməliyyatın əleyhinə deyiləm, əksinə tərəfdarıyam, amma təbiilik qalmaq şərti ilə".
Müğənni əlavə edib ki, hər kəs istəsə estetik müdaxilə etdirə bilər, lakin həddən artıq dəyişikliklərin xoş görüntü yaratmadığını vurğulayıb.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 13 Aprel 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















