Icma.az
close
up
RU
Ağ saçları 15 günə öz rənginə qaytarır Saç boyasına son

Ağ saçları 15 günə öz rənginə qaytarır Saç boyasına son

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaşınız artdıqca saçlarınız ağarmağa başlayır. Lakin bəzən gənc yaşlarda da saçlarınız arasında ağaranlar görünə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, saçların ağarmasını sürətləndirən bir çox amillər mövcuddur: vitamin və mineral çatışmazlığı, stres, zərərli vərdişlər, hormonal disbalans, nizamsız qidalanma kimi səbəblər saçların erkən ağarmasına səbəb ola bilər.

Saçları ağaran bir çox insan saç boyaları ilə bu problemdən xilas olmağa çalışır. Amma saç boyaları çoxlu kimyəvi maddə ehtiva etdiyindən saçlara zərər verir və onların sağlamlığını pozur. Ev şəraitində boya istifadə etmədən ağ saçları təbii yollarla yenidən öz rənginə qaytarmağın bəzi üsulları var.

Saçların ağarması yaşlanma prosesinin təbii nəticəsi hesab olunur. Yaş artdıqca saçlardakı ağ tüklərin sayı artır. Araşdırmalar göstərir ki, bu prosesə saçlara rəng verən melanin piqmentinin azalması səbəb olur. Zaman keçdikcə, saç köklərində melanin istehsal edən hüceyrələr zədələnə və ya ölə bilər. Bu da melanin istehsalının azalmasına və nəticədə saçların ağarmasına gətirib çıxarır.

Saçlarınızdakı ağ tükləri örtmək üçün saç boyasından istifadə edə bilərsiniz. Lakin tez-tez saç boyamaq saç köklərinə zərər verir, saçların tökülməsinə, zəifləməsinə və solğun görünməsinə səbəb ola bilər. Hazırda saçların erkən ağarmasına qarşı təsdiqlənmiş bir müalicə yoxdur. Amma bəzi həyat tərzi dəyişiklikləri və təbii müalicələr bu prosesi yavaşlada və ya qarşısını ala bilər.

Qırmızı çuğundurun suyu

Çuğundur suyu ağ saçların qarşısını almaqda təsirli ola bilər. Həmçinin saç köklərini qidalandırır və saç tökülməsinin qarşısını alır. Bir neçə çuğunduru qaynadın və suyunu soyumağa buraxın. Bu suyu saçınıza çəkin və bir saat saxlayın. Daha sonra su ilə durulayın. Bu su saçlarınıza qırmızımtıl-bənövşəyi ton verə bilər. 15 gün ərzində mütəmadi tətbiq olunduqda ağ saçların azalmasına kömək edə bilər.

Xına

Xına, ağ saçlardan qurtulmaq üçün ən təbii vasitələrdən biridir. Xına saçları gücləndirir və qidalandırır. Xına tozunu isti su ilə qarışdıraraq məcun halına gətirin. Saçınıza çəkin və bir neçə saat saxlayın. Daha sonra su ilə yuyun. Xına saçlara qırmızımtıl-narıncı rəng verə bilər.

Çobanyastığı

Çobanyastığı əsasən saçlara parlaqlıq və işıltı vermək üçün istifadə olunur. Çobanyastığı çayı dəmləyin və soyumağa buraxın. Saçınıza çəkin və bir saat saxlayın. Su ilə durulayın. Bu saçınıza açıq sarı bir rəng verə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri