Icma.az
close
up
RU
Ağ və qara Rəşad Məcid yazır

Ağ və qara Rəşad Məcid yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

"Əgər hökumət, bu qədər böyük işlərlə bərabər, hələ çatdırıb bizə də maaş verə bilirsə, bu, qəhrəmanlıqdır!" - Qarabağda və Şərqi Zəngəzurdakı nəhəng quruculuq-bərpa işlərini müşahidə edən bir həmkarımızın heyrət içərisində dediyi bu təsirli sözlər, neçə vaxtdır, zehnimdə dönə-dönə təkrarlanır.

Bəli, şükürlər olsun ki, hələ də var və az da deyil belə nəcib düşüncəli, qədirbilən, əmək itirməyən vətəndaşlarımız! İndi Vətənimizin ən parlaq və şərəfli dövrünü yaşadığını dərk edən, bundan qəlbən qürur duyan, bu cür möhtəşəm işlərin müqabilində öz xırda maaşından da keçməyə tərəddüdsüz hazır olan sadə insanlarımız!

Amma təəssüf ki, belə canıyanan, gözü-könlü tox vətəndaşlarla yanaşı, cəmiyyətimizdə nankorlar da boy göstərə, nanəciblər də ortaya çıxa bilirlər. Onlar öz cılız maraqları, şəxsi mənfəətləri naminə çevrəsindəki misilsiz yenilikləri görməzdən gələn, girəvə düşən kimi yaxşı hər şeyə çirkab atan, batini xəbislik, kin-küdurət qaynayan zavallı fürsətcillərdir! Sözsüz, belələri həmişə olub, ancaq indi - gün işığının məmləkətimiz üzərində gur işıqlar saçdığı bir zamanda daha tez və çox gözə batırlar. İlk növbədə ona görə ki, öz xəbis düşüncələrini tirajlamaq üçün əllərinə sosial şəbəkə kimi əlverişli vasitə düşüb və necə deyərlər, bulanıq suda balıq tutmaq asanlaşıb. İçinin zəhərini həvəslə, pərdələmədən yayanlar öz yerində! İkrah doğuran söz və əməllərini üstüörtülü, dolayı yollarla ötürmək istəyənlərdir. Özü də içlərində o qədər xılt var ki, öz mənfur mövqelərini ört-basdır etməyə çətinlik çəkirlər. Belə davranışlar başqa dövrdə, bəlkə də, fərqli təsir yarada bilərdi. Amma Azərbaycanın inanılmaz uğurlara imza atdığı parlaq bir dövrdə gedən əzəmətli proseslərə də ağız büzdüklərindən onların bu çirkin mövqeyi daha artıq hiddət doğurur. Belə nankor və naşükürlərin arasında xüsusən müstəqillik illərində dövlətin yaratdığı imkanlardan geninə-boluna bəhrələnib doğru-əyri yollarla sərvət yığanların da olduğunu görəndə adamı sadəcə dəhşət bürüyür. Sanki iki qütbdür - Ağ və qara. Bir tərəfdə - Ağ qütbdə - sosial-iqtisadi çətinliklərlə yaşasa da, Vətənimizin bugünkü uğurunu dərk edən, çətinliklərə dəyanətlə sinə gərib ağıllı, soyuq mühakimələr yürüdən sadə, səmimi vətəndaşlar, o biri tərəfdə - Qara qütbdə isə müstəqilliyimizdən yararlanıb özünə və nəslinə saya-hesaba gəlməyən sərvətlər toplayan, lakin hələ də gözü doymayıb ağız büzənlər. Zülmətə bürünmüş tərəfdəki ikincilərin narazı və üsyankar ovqatı yalnız nifrət yaradır. Və yazının əvvəlində fikrini xüsusi qeyd etdiyim sadə həmkarımızın, onun kimi örnək vətəndaşların mövqeyinə, düşüncə tərzinə hörmət, ehtiram qat-qat artır.

Baş verənləri vicdanla, insafla ölçüb-biçmək, Azərbaycanın son beş ildə qazandıqlarının çoxəsrlik tariximizdə heç vaxt əldə edilmədiyini ürəklə dilə gətirmək lazımdır!
Ən azından yaxın tariximizə ekskurs edib həm müstəqil dövlət olaraq, həm də bir vətəndaş, konkret fərd kimi haradan-hara gəldiyimizi anlamaq gərəkdir!
Təbii ki, əgər vicdan və insafın zərrəcə qırıntıları qalıbsa...

Azərbaycanın Zəfər Lideri son 5 ildə ölkəmizi, xalqımızı nə qədər təhlükələrdən sağ-salamat, həm də ardıcıl qələbələrlə çıxarıb, Azərbaycanımızı dünyada ön sıralara qaldırıb, qalib və qadir dövlətə çevirib. Son beş ildə dəfələrlə olub, müxtəlif siyasətçilər, ictimai xadimlər, ziyalılar hegemon güclərin Azərbaycana yarada biləcəyi təhlükələrdən yayınmaq üçün ən müxtəlif səviyyələrdə "bəzən bir az güzəştə getməyin mümkünlüyü"nü dilə gətiriblər. Amma Müzəffər Liderimiz qətiyyən tərəddüd etməyib, haqlı mövqeyindən bir addım da geri çəkilməyib.

Bəlkə də, bir çoxumuz vaxtilə bu suallar ətrafında beyin yormuşuq: "Günlərlə o tərəfdə yan-yana düzülüb Xankəndinə yardım aparmaq icazəsi gözləyən TIR-lardan bir neçəsini sərhədimizdən içəri buraxıb gərginliyi nisbətən azaltmaq olmazmı?! Fransa, Rusiya kimi ölkələrlə münasibətlərdə təhlükəli həddə çatmamaq üçün sərt ritorikanı bir az yumşalda bilmərikmi?" Son beş ildə bu qəbildən olan daha neçə epizod sadalamaq olar.

Bəli, biz - sadə insanlar ehtiyatlanmışıq, yəqin ki, çoxumuz da səmimi narahatlıqla belə düşünmüşük.

Lakin Müzəffər Liderimiz sonadək qətiyyətli davranıb!

Axıra qədər qərarlılıq göstərib!

Səbr-təmkin mübarizəsində, əsəb savaşında misilsiz dəyanət nümayiş etdirib!

Özünün nəzərdə tutduğu və əslində mütləq əksəriyyətimizin arzuladığı yüksək nəticəni alanadək dözüb, dayanıb və davam gətirib!

Başqa hansı siyasətçi, hansı lider bunu bacarardı?!

Azərbaycanla bağlı məsələ aydındır: müqayisəyə ehtimal belə yoxdur! Amma ümumən müasir dünyada, beynəlxalq siyasi mühitdə də bu qüdrəti kimdənsə ummaq mümkün deyil - məntiqsiz, öncədən iflasa məhkum cəhddir!

Yalnız O imza ata bilərdi belə böyük Zəfərə və uğurlara!

Yalnız O bacardı bunu!

Və bu möhtəşəm nailiyyətlər, çox şükürlər ki, bizim bəxtimizə, Azərbaycanın payına düşdü!

Ancaq əfsuslar ki, nadanların, nankorların, naşükürlərin, xəbislərin də ən anlaşılmazlarına, ən bədxislətlərinə də nədənsə elə biz düçar olmuşuq...

İndi - Böyük Zəfərimizin 5-ci ildönümü ərəfəsində bunları soyuq ağılla düşünüb anlamaq, nəcib təbiətli sərçə misalı, bir damcı su ilə də olsa, kömək edib bir yaxşı işə yaramaq yerinə, xəyanət, nankorluq yolunu tutub rəzil günə qalanlara nə deyəsən? Yəqin ki, elə bu rəzil günlərinin davam etməsini! Amma yox: tövbə qapısı, etiraf yolu həmişə açıqdır! Əfv diləyib yanlışdan dönmək yenə də mümkündür!

Baş verənləri vicdanla, insafla ölçüb-biçmək, Azərbaycanın son beş ildə qazandıqlarının çoxəsrlik tariximizdə heç vaxt əldə edilmədiyini ürəklə dilə gətirmək lazımdır!

Ən azından yaxın tariximizə ekskurs edib həm müstəqil dövlət olaraq, həm də bir vətəndaş, konkret fərd kimi haradan-hara gəldiyimizi anlamaq gərəkdir!

Təbii ki, əgər vicdan və insafın zərrəcə qırıntıları qalıbsa...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri