Ağac aşdı: 10 aylıq uşaq da daxil olmaqla 3 nəfər öldü
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın şimalında ağacın insanların üzərinə aşması nəticəsində azı 3 nəfər, o cümlədən 10 aylıq uşaq həyatını itirib.
Moderator.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə Şlezviq-Holşteyn federal torpağının Zatruppholm yaşayış məntəqəsində baş verib. Təxminən 30 metr hündürlüyündə olan ağac insanların üzərinə düşüb.
Nəticədə 21 yaşlı qadın, onun 10 aylıq qızı və 16 yaşlı yeniyetmə hadisə zamanı ölüb. Uşaq ağır vəziyyətdə helikopterlə Kiel xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın və yeniyetmə isə hadisə yerində ölüb.
Bildirilir ki, daha bir 18 yaşlı qız ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digər şəxslər isə yüngül xəsarətlər alıb.
Hadisə yerli vaxtla saat 11:00 radələrində meşə ərazisində qeydə alınıb. Məlumata görə, ərazidə yaxınlıqdakı sosial müəssisənin təxminən 50-yə yaxın uşağı və əməkdaşları Pasxa yumurtası axtarışı üçün toplaşıbmış. Bu zaman ağac qəfil aşaraq insanların üzərinə düşüb.
Hadisə yerinə 80-dən çox xilasedici, yanğınsöndürən briqadalar və təcili yardım maşınları cəlb olunub, həmçinin iki helikopter əməliyyata qoşulub.
Baxış sayı:185
Bu xəbər 05 Aprel 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















